TOP 10

"Yığmamız Azərbaycan millisinə məğlub olduqdan sonra göstərdi ki, hətta aparıcı oyunçuları olmadan da güclüdü"

Futzal
Tarix: 2020-02-02 11:40

Rusiya Mini-Futbol Assosiasiyasının fəxri prezidenti Semyon Andreyev milli komandasının Xorvatiyada keçirilən dünya çempionatının elit-raund mərhələsində uğurlu çıxışına toxunub. Sport24.az xəbər verir ki, adıçəkilən şəxs yığmasının Azərbaycanla görüşdə məğlubiyyətinə də toxunub: "Bir sıra oyunçuların (Andrey Afanasyev, Sergey Abramoviç və Sergey Abramov) bu turnirə gedə bilməməsinə baxmayaraq, uşaqlar yenə də xarakter göstərdilər. Hesab edirəm ki, futzalçılarımız Xorvatiya ilə görüşdə özlərinə özlərinə qalib gəldilər. Azərbaycan milli komandasına məğlub olduqdan sonra göstərdilər ki, hətta aparıcı oyunçular olmadan da güclüdürlər. Düşünürəm ki, komandamızın xarakteri və bacarığı var. İrəli gedəcəyik və qalib gələcəyik".

 

Xatırladaq ki, qrupda son turda Xorvatiyanı 4:3 hesabıyla məğlub etməklə qrupda 1-ci yerin sahibi kimi dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanan ruslar yeganə məğlubiyyətini millimizdən həmin hesabla alıb. 

CBCsport
06 Iyul 2020
05 Iyul 2020
B.eÇ.aÇC.aCŞB