TOP 10

Joze Alesio ümidini itirmir: "Qələbə üçün böyük şansımız var idi"

Futzal
Tarix: 2020-02-01 23:52

DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində bu gün Slovakiya yığması ilə qarşılaşan Azərbaycan millisinin baş məşqçisi Joze Alesio oyundan sonra affa.az saytına açıqlama verib. Sport24.az xəbər verir ki, braziliyalı mütəxəssis 3:3 hesabıyla nəticələnən görüşdə qələbə qazanmağı çox istəyirdiklərini bildiirib."Bunun üçün böyük şansımız da var idi. Rəqib qapısı qarşısında çoxsaylı qol epizodları yaratdıq. Bundan istifadə etməyəndə, qələbə də qazana bilmirsən. Təəssüf ki, biz də “çərçivə”yə düşməkdə çətinlik çəkdik. Hesabda önə keçən zaman oyunçularıma sakitləşməyi, rəqibin artıq yorulduğunu, tədricən boşluqlara yol verəcəyini dedim. Amma oyunçularımın qələbə istəyinin çox olması buna imkan vermədi. Bunu intizamsızlıq kimi dəyərləndirməzdim. Sadəcə, istəyin həddindən çox olması dayanmadan hücumlar qurmağa səbəb oldu ki, rəqib də bizi vaxt əks-hücumlarda yaxaladı, əvvəlcə hesabı bərabərləşdirdi, ardınca isə vəziyyəti xeyrinə dəyişdi.

 

Alesionun fikrincə, hələ heç nə bitməyib, şansımız davam edir: "Qələbə qazansaydıq da, sonuncu oyunun nəticəsini gözləməli idik. Həmin matçda da Xorvatiyanın yenilməməsini, və ya Rusiyanın 3-4 top fərqi ilə qələbə qazanmasını gözləyəcəkdik. İndi Rusiya – Xorvatiya oyununda ikincilərin məğlub olmaması bizim üçün kifayət edəcək”. 

CBCsport
29 Mart 2020
28 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL