TOP 10

Millimiz dünya çempionatından kənarda qaldı

Futzal
Tarix: 2020-02-02 00:44

Futzal üzrə Azərbaycan millisi DÇ-2020-nin elit-raund mərhələsində bu gün son oyununa çıxıb. Sport24.az xəbər verir ki, yığmamız Slovakiya ilə qarşılaşması dramatik alınıb. Belə ki, millimiz əmzkar heç-heçəyə nail olub.

 

Joze Alesionun komandası hesabda geri düşdüyü görüşdə hətta irəli də çıxmağı bacarıb. Ancaq bu, qələbə sevinci cəmi 2 dəqiqə çəkib. Əsas hadisələr isə sonuncu dəqiqə baş verib. Belə ki, millimizin 6-cı oyunçusu, qapıçı əvəzi olan Eduardo Borges meydanın kənarında əllə oynadığına 2-ci sarı, avtomatik qırmızı vərəqə alaraq meydandan çıxarılıb. Bu zaman sona 28 saniyə qalırdı və rəqib say üstünlüyündən istifadə edərək hesabda irəli çıxıb. Ancaq millimizin bombardiri, "Bolinha" ləqəbli hücumçu sona 3 saniyə qalmış bərabərlik qolunu vuraraq milimizin dünya çempionatına çıxmaq şansını saxlamışdı.  

 

Hər şeyə bundan sonra başlayan Rusiya - Xorvatiya matçında aydınlıq gəlib. Ruslar udmasa, 4 xalı olan millimiz qərarlaşdığı 2-ci pilləylə pley-offa vəsiqəyə sahib olacaqdı. Xorvatiya uduzacağı halda özü buna nail olacaq, şimal qonşularımız isə şəxsi oyunlarına nəticələrinə görə qrup qalibi kimi birşaşa final mərhələsinə çıxacaqdı. Gərgin mübarizə şəraiitndə keçən qarşılaşmada Rusiya çətin qələbə qazanaraq qrupda 1-ci yeri olub, Xorvatiyanı 2-ci edib. Bu isə 3-cü pilləyə düşən millimizin final mərhələsindən kənarda qalması demək olub.

 

Xatırladaq ki, millimiz indiyədək bir dəfə - 2016-cı ildə Kolumbiyada mundialın iştirakçısı olaraq mübarizəni 1/4 finalda dayandırıb. 

 

 

1 fevral

20:00. Slovakiya - Azərbaycan - 3:3 

QOL: Marian Hudek, 9, Matuş Şevçik, 30, Tiago Telles Martins “Bolinha”, 39 - Rafael Vilela, 17, Matuj Kijovski, 28-avtoqol, 39

Hakimlər: Angelo Galante, Chiara Perona və Nicola Manzion (hamısı İtaliya)

 

Slovakiya: 12. Riçard Oberman, 3. Martin Zdrahal, 10. Marek Belanik, 11. Matuj Kijovski, 16. Tomaş Drahovski (k), 1. Milan Herko (GK), 4. Erik Klema, 5. Qabriel Rick, 6. Martin Pechy, 7. Matuş Şevçik, 8. Marian Hudek, 15. Vojtech Turek

Baş məşqçi: Marian Berky
 

Azərbaycan: 12. Rovşən Hüseynli, 6. Eduardo Borges, 9. Rafael Vilela, 10. Oliveira Da Nascimento “Vassoura”, 13. Everton Kardoso, 1. Emin Kürdov  (GK), 5. Amir Shojaei, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 16. Jonathan Luiz De Angelis “Batton”, 17. İsa Atayev, 20 Eshagh Soorghali, 3. Tiago Telles Martins “Bolinha”

Baş məşqçi: Joze Alessio Da Silva

 

 

23:00. Rusiya - Xorvatiya - 4:3 
 

CBCsport
10 Iyul 2020
09 Iyul 2020
B.eÇ.aÇC.aCŞB