TOP 10

Cüdo üzrə paytaxt birinciliyinə yekun vuruldu

Cüdo
Tarix: 2020-01-31 22:00

Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən Olimpiya İdman Mərkəzində 15 yaşadək cüdoçular arasında keçirilən Bakı şəhər birinciliyi başa çatıb. Sport24.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 638 cüdoçu mübarizə aparıb.


Paytaxtın 62 klubunu təmsil edən kiçikyaşlı yeniyetmə cüdoçular qalib adı uğrunda yarışıblar. 


Yarışın ilk günündə 270 yeniyetmə cüdoçu qüvvəsini sınayıb. Yarışın birinci günündə qızlar 36 kq, 40 kq, 52 kq, 63 kq çəki dərəcələrində, oğlanlar isə 34 kq, 42 kq, 46 kq, 60kq və 73 kq çəki dərəcələrində mübarizə aparıblar:


-34 kq Əliyev Rəsul
-42 kq Məmişov Məhəmməd
-46 kq Süleymanov Nicat
-60 kq Atakişiyev Nurlan
-73 kq Əzizbəyov Məmməd


Qızlar
-36 kq Rzayeva Nilgün
-40 kq İsmayılova Aliyə
-52 kq Cəfərova Röya
-63 kq Rzayeva Emili


Birinciliyin ikinci günündə isə oğlanlar arasında 5, qızlar arasında 4 çəki dərəcəsində mükafatçılar müəyyənləşib:


-38 kq Musayev Məhəmməd
-50 kq Şamil Tunca
-55 kq Namazov Davud
-66 kq Əliyev Ramal
+73 kq Əhmədov Ramazan


Qızlar
-44 kq Hacıyeva Vüsalə
-48 kq İsmayılova Fatimə
-57 kq Gülməmmədova Gülnarə
+63 kq Sadıqova Jalə.


Mükafatçılara diplom və medallar təqdim olunub.

CBCsport
06 Iyul 2020
05 Iyul 2020
B.eÇ.aÇC.aCŞB