TOP 10

Stankoviç millimiz üzərində qələbəni layiqli saydı: "Azərbaycan bura güclü heyətlə gəlsə belə, qarşılaşmanın çox hissəsində dominantlıq etdik"

Futzal
Tarix: 2020-01-30 11:50

"Belə çətin qarşılaşma olacağını gözləyirdik. Hamı mini-futbolda bilir ki, Azərbaycanın Azərbaycanla heç bir bağlılığı yoxdu. Bu İran-Azərbaycan-Braziliyadı. Buna görə belə səviyyədə rəqib gözləyirdik. Ancaq buna rəğmən, qarşılaşmanın çox hissəsində dominantlıq etdik. Hətta onlar güclü heyətlə gəlsə belə". Sport24.az xəbər verir ki, bu fikirləri Xorvatiya futzal yığmasının baş məşqçisi Mato Stankoviç bildirib. 

 

Onun sözlərinə görə, qazandıqları qələbə layiqli olub: "Keyfiyyətli oyun göstərdik, müdafiədəmiz təkmilləşdirilmiş səviyyədə oldu və layiqli qələbə qazandıq. Bilimirəm ki, Azərbaycanın məqsədi bitdimi, ancaq biz maksimum oynayırıq. Artıq cümə axşamı yeni sınağımız var. Bunadək istirahət edərək bu oyunu Slovakiyaya qarşı təkrarlamalıyıq. Artıq zəif milli komandalar yoxdu, hər biri istənilən rəqibi məğlub edə bilər. Özümüzü çətin vəziyyətdə salmamalı və Rusiya ilə şənbə günkü qarşılaşmamıza rahat çıxmalıyıq".

CBCsport
06 Iyul 2020
05 Iyul 2020
B.eÇ.aÇC.aCŞB