TOP 10

Millimiz Rusiyaya qalib gəldi

Futzal
Tarix: 2020-01-30 21:39

Futzal üzrə Azərbaycan milli komandası DÇ-nin elit-raund mərhələsində bu gün növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, çillimiz Osiek şəhərindəki “Qradski vrt Arena”da Rusiya yığması ilə qarşılaşıb.

 

Bakı vaxtı ilə saat 20:00-da başlayan oyun "CBC Sport"la canlı yayımlanıb. Görüşü italiyalı hakimlər - Alessandro Malfer,  Angelo Galante və Chiara Perona idarə ediblər.

 

Xatırladaq ki, millimiz ilk turda Xorvatiyaya 0:2 hesabıyla uduzaraq qrupdan çıxmaq şansını çox azaltmışdı. Şansı saxlamaq üçün bu gün Rusiyaya mütləq qalib gəlmək lazım idi. Şimal qonşularımız ilk turda Slovakiyanı 7:1 hesabıyla məğlub etmişdi. Amma futzalçılarımız bu çətin və dramatik qarşılaşmadan qalib ayrılmağı bacarıblar. 

 

 

Dünya çempionatının elit-raund mərhələsi
30 yanvar

Azərbaycan - Rusiya 4:3
Qol: R.Vilela, 01:44. E.Kardoso, 33:31; 39:24. İ.Atayev, 36:45 - Romulo, 15:28. D.Davıdov, 17:33. A.Antoşkin, 39:40.


Azərbaycan: 12. Rövşən Hüseynli (q), 10. Oliveira Da Nascimento “Vassura”, 6. Eduardo Borges, 9. Rafael Vilela, 13. Kardoso Everton, 1. Emin Kürdov (q), 5. Amir Şocaei, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 17. İsa Atayev, 16. Conatan Luiz De Angelis “Batton”, 7. Ramiz Çovdarov, 20. Eshaq Soorqali.
Baş məşqçi: Joze Alesio Da Silva.


Rusiya: 12. Albert Tsaider (q), 3. Romulo, 8. Eder Lima, 10. Robinho, 14. Danil Davıdov (k), 1. Georgi Zamtaradze (q), 5. Ruslan Kudziev, 7. İvan Milovanov, 9. Yanar Asadov, 11. Artem Niyazov, 13. Nikolay Şisterov, 15. Rişat Kotlyarov, 17. Artem Antoşkin, 18. Arser Baqirov.
Baş məşqçi: Sergey Skoroviç.

CBCsport
31 Mart 2020
30 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL