TOP 10

"Vassoura" 1-ci yer şansımızı yüksək saydı, həlledici matçlara ürəklərini qoyacaqlarını açıqladı: "Xorvatiya ilə görüş final olacaq, qalib gəlsək, 80 faiz məsələni həll edəcəyik""

Futzal
Tarix: 2020-01-29 14:20

"Hər bir mötəbər turnir ərəfəsində hazırlıq mərhələsi vacib yer tutur. Əsas vacib olan güclü rəqiblə sparrinq qarşılaşmadı ki, buna Özbəkistan yığmasıyla qüvvəmizi sınamaqla nail olduq. Bu millinin futzalçıları uzun müddətdi bir yerdə oynayır, ona görə bizə çətin oldu. Özbəklərlə hazırlıq matçlarından yalnız pozitiv alaraq elit-raund mərhələsinə yaxınlaşmışıq". Bu fikirləri Sport24.az-a açıqlamasında Oliveira Da Nascimento deyib.

 

"Vassoura" kimi tanınan hücumçu bu axşam Xorvatiyada başlayacaq dünya çempionatının elt-raund mərhələsində millimizi çox çətin sınaq gözlədiyini bəyan etməklə yanaşı, turnirlə bağlı nikbinliyini itirmir: "Mənə elə gəlir ki, 1-ci yeri tuta bilərik. Həmişə əsas gücümüz vacib matçlara yaxşı hazırlığımız olur. Bunun yüksək səviyyədə olması nəticə qazanmağa imkan verir. Lazım olanda toparlanıb, lazımı oyun göstərə, meydanda ürəyimiz qoya bilirik. Buna görə dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanmağa çox yaxşı şansımızın olduğunu hesab edirəm".

 

Milliləşdirilən braziliyalı oyunçu qrupdakı rəqiblərimizi incələyərək, hər 3 yığmanın güclü olduğunu gizlətməyib: "Xorvatiya millisinin gənc oyunçuları çoxdu. Ancaq əsas onu nəzərə alaq ki, bu yığma uzun müddətdi mötəbər turnirlərdə çıxış edir və beynəlxalq təcrübəsi böyükdü. Əlbəttə, Rusiya yığması qrupumuzun ən güclü komandasıdı. Ancaq bu, yalnız sözdə olmamalıdı, gücünü meydanda göstərməlisən. Slovakiyayla bu yaxında qarşılaşdığımızdan onun haqda daha çox məlumatlıyıq. Hər üç matça tam hazır olacağıq. Hələliksə ilk görüşü düşünürük ki, bu da ev sahiblərinə qarşıdı. Bizim üçün final olacaq. Həmin ilk matçda gəlsək, deməli, 80 faiz məsələni həll etmiş olacağıq. Uduzsaq isə şanslarımız 50 faizdən aşağı düşəcək".

 

Xatırladaq ki, millimiz Xorvatiyayla matçdan sonra sabah Rusiya, fevralın 1-də Slovakiyayla görüşəcək. 

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
31 Mart 2020
30 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL