TOP 10

“İnter” onu “Flamenqo”ya satdı

Dünya Futbolu
Tarix: 2020-01-29 11:15

Braziliyanın “Flamenqo” klubu Milan “İnter”indən icarəyə götürdüyü Qabriel Barbozanı birdəfəlik transfer edib. Sport24.az xəbər verir ki, bu barədə “Flamenqo”nun rəsmi saytı məlumat yayıb.
 

Sözügedən klub 23 yaşlı hücumçunu ötən il icarəyə götürmüşdü. Lakin uğurlu çıxışı ilə diqqət çəkən, hətta 2019-cu ildə Cənubi Amerikanın ən yaxşı oyunçusu seçilən “Qabiqol” ləqəbli futbolçu klub rəhbərliyini onu daha uzun müddətə komandada saxlamağa məcbur edib. Hücumçu “Flamenqo” ilə 2024-cü ilin dekabr ayına kimi müqavilə bağlayıb.


Braziliya mətbuatının yaydığı məlumata görə, “Flamenqo” Barbozanın transferi üçün 17 milyon avrosundan keçib.


Qabriel karyerasına ölkəsinin “Santos” klubunda başlayıb. O, “İnter”ə 2016-cı ildə transfer olunsa da, İtaliya klubunda möhkəmlənə bilmədiyi üçün ardıcıl olaraq “Benfika”, “Santos” və sonda “Flamenqo”ya icarəyə verilmişdi.

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB