TOP 10

Millimiz üçün arzuolunmaz xorvatlar, arzuolunan slovaklar - ruslarsa bizə qənim kəsilib, məhz dünya çempionatına yolumuzu kəsib

Futzal
Tarix: 2020-01-29 10:10

Bu gün Azərbaycan futzal yığması Xorvatiyada elt-raund mərhələsində mübarizəyə başlayır. Sport24.az xəbər verir ki, Joze Alesionun komandasının ilk sınağı meydan sahibləriylədi. Futzalçılarımız Osiyek şəhərində həmçinin Rusiya və Slovakiya ilə bir qrupda yarışacaq. 

 

Bu il Litvada keçiriləcək dünya çempionatının final mərhələsi uğrunda mübarizədə düşən rəqiblərin hər biri millimizə tanışdı. Belə ki, hər 3 yığmayla vaxtilə yollarımız kəsişib. Maraqlıdı ki, Xorvatiya ilə son sınaq məhz dünya çempionatının seçmə mərhələsində məhz Osiyekdə olub. Bu, 2015-ci il dekabrın 12-də baş tutaraq 4:4 hesablı bərabərliklə nəticələnib. Bu yığmaların 2011-ci ilin dekabrın 15-də Bakıdakı görüşü də dünya çempionatının seçmə mərhələsi çərçivəsində reallaşıb və xorvatların 3:1 hesablı qələbəsiylə nəticələnib.   

 

Xorvatlarla 90-cı illərin ikinci yarısına təsadüf edən görüşlər də dünya çempionatının seçmə mərhələsində olaraq məğlubiyyətimizlə nəticələnib: 

 

25.10.1995. Xorvatiya – Azərbaycan – 6:3 /Hollandiya/

03.03.2000. Xorvatiya – Azərbaycan – 5:1 /Xorvatiya/

 

Göründüyü kimi, Azərbaycan Xorvatiyanı hələ ki məğlub edə bilməyərək əksər vaxt ona uduzub. 

 

Rusiya ilə ilk görüşümüz 2004-cü ilin yanvarın 27-də Avropa çempionatının seçmə oyunu çərçivəsində Belqradda olaraq 0:5 hesablı məğlubiyyətimizlə nəticələnib. Sonrakı duel dünya çempionatının pley-off mərhələsində reallaşıb. 2012-ci ilin martın 27-də Bakıda şimal qonşularımıza 2:3 hesabıyla uduzan məhz Joze Alesionun baş məşqçisi olduğu milli olub. Tümendə cavab görüşündə 2:2 hesabıyla bərabərliyə qalaraq ilk dəfə belə yaxın olduğumuz final mərhələsindən kənar qalmışıq. 2016-cı ilin fevralın 9-da isə Azərbaycan Rusiyayla Belqradda Avropa çempionatının final mərhələsində görüşərək bu dəfə 2:6 hesablı məğlubiyyət alıb.

 

Bu rəqiblə qeyri-rəsmi matçlarımız da yetərincə olub, nəticə baxımından uğursuz alınıb. İlk belə yoldaşlıq görüşləri 2001-ci ildə ardıcıl 2 gün - martın 20-21-də Rusiyada olub və darmadağın olunmağımızla yekunlaşıb - 1:6 və 1:10. Ruslarla 2017-ci ilin dekabrın 4-də İranın İsfahan şəhərində, bundan 2 il sonra - sentyabrın 22-də Rusiyanın Həştərxan şəhərində beynəlxalq turnirdə görüşərək müvafiq olaraq 3:4 və 1:2 hesabıyla yenilmişik. Beləliklə, bu rəqibi də hələ məğlub etməmişik, yalnız bir dəfə təsəlli xarakterli heç-heçəylə kifayətlənmişik, məğlubiyyətlərimiz isə daha çox olub. 

 

Millimizin rəqibləriylə oyunların balansında ən uğurlusu məhz Slovakiyayladı. Təsadüfi deyil ki, yalnız bu rəqiblə görüşlərdə müsbət saldoya malikik. Düzdür, debütdə məğlubiyyət almışıq - 0:2. Maraqlıdı ki, bu, 25 il əvvəl Hollandiyadakı dünya çempionatının seçmə mərhələsində Xorvatiyayla da bir qrupda olmuşuq və həmin nəticəni yuxarıda göstərmişik. Bu matçdan 2 gün sonra - 1995-ci ilin oktyabrın 27-də slovaklarla görüşümüz olub. 

 

2013-cü ilin martın 30-da Slovakiyanın Bratislava şəhərində Avropa çempionatının seçmə mərhələ görüşündə millimiz ev sahibləri üzərində 2:1 hesablı qələbə qazanıb. 2015-ci il sentyabrın 15-də bu yığmalar qitə birinciliyinin pley-off mərhələsində rəqib olub və Bakıda 3:1 hesablı qələbəni bayram etmişik. Bundan bir həftə sonra Bratislavadakı cavab matçında 1:1 hesablı bərabərlik qeydə alınıb və cütün qalibi olmuşuq. Nəhayət, hazırkı dünya çempionatının Bakıda təşkil olunan ilk mərhələsində Slovakiya əsas rəqibimiz olub və son turda onunla görüşmüşük. Millimiz 2019-cu lin oktyabrın 26-da keçirilən həmin dueldə 2:0 hesabıyla qalib gələrək elit-raund mərhələsinə qrup qalibi kimi yüksəlib.

 

Onu da bildirək ki, millimiz  indiyədək bir dəfə - 2016-cı ildə Kolumbiyada keçiirlən dünya çempionatının final mərhələsində iştirak edərək 1/4 finaladək irəliləyib və həmin mərhələdə Portuqaliyaya 2:3 hesabıyla uduzaraq mübarizəni dayandırıb. 

 

Xatırladaq ki, elit-raud mərhələsində yalnız qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanır. 2-ci yeri tutanlar isə pley-off matçlarında iştirak hüququ əldə edir. 

 

 

 

 

AYAZ QURBANOV

CBCsport
06 Aprel 2020
05 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL