TOP 10

Antalya - 12 gün, 12 matç: "Keşlə" - "sirli qutu" və yeni qladiator

Futbol
Tarix: 2020-01-28 18:16

“Hər il dekabrın 31-də dostlarımla hamama gedirik. Bizdə belə ənənə var". Bu, "Taleyin ironiyası və ya həmişə təmizlikdə" filmində milyonlarla tamaşaçının sevilən ifadələrindən biridi.

 

Hər qış Antalyada təlim-məşq toplanışı keçən Premyer Liqa təmsilçiləri ilə də oxşar bir şey yaşanır. Sport24.az-ın əməkdaşı Azərbaycan elitasının hazırlığını yerindən izləyərək ümumilikdə 12 matçda olub. Üçüncü materialımız "Keşlə"yə həsr olunacaq.

 

Bu sətirlərin müəllifi "Keşlə"nin ilk və sonuncu - üçüncü matçını izlədi. Tərlan Əhmədovun komandasının Antalyadakı debüt oyununda çempionatın ilk yarısında sabit çıxış edən komandaya bənzəməyən bəzi dağınıq hərəkətləri gördü. Bu, hətta kompakt və çevik futbol nümayiş etdirən həmin mobil "Keslə"nin kölgəsi belə deyildi. Yeganə müsbət məqam kimi komandanın yeni futbolçusu Şohruh Qadoyevin qolunu qeyd etmək olar, amma fikrimizcə, özbək vinger almanlarla görüşdə ən zəif bənd idi. Bu, xüsusilə ilk yarıda özünü parlaq göstərdi. Qadoyevin hərəkətlərində idmançı qəzəbi yox idi, çox yumşaq, hətta zərif oynayırdı. Şöhruh praktiki olaraq boş qapıya qol vurdu, buna görə də bu epizodda xüsusi xidmətləri olmadı.

 

Slovakiyanın "Zemplin" klubuyla son oyunda "Keslə"nin rəqibi yıxıb-sürüydüyü demək, düzgün olmazdı. Bəli, Əhmədovun komandası ilk yoxlama oyununa nisbətən daha yaxşı görünürdü, amma mövsümün ilk hissəsi ilə müqayisədə “qırmızılar” ağır təsir bağışlayırdı. Əlbəttə ki, təlim-məqş toplanışındakı yükləmə faktının özünü göstərməyə bilməyəcəyini nəzərə alırıq. Buna baxmayaraq, bu sətirlərin müəllifi komandadan gördüyündən daha artığını gözləyirdi.

 

Hər halda pozitiv məqamlar da var ki, bunları da qeyd edirik. Bunlardan biri real, digəri virtual faktordur.

 

Başlayaq Realda. Aleksandr Krisrtovao kollektivə əla uyğunlaşdı. Hərçənd, "Keşlə"yə bu yaxında gəlib. Angolalı hücumçu iki dəfə fərqlənməyi bacardı - Tula "Arsenal"ına və "Zemplin"ə qarşı. Bizə elə gəlir ki, fiziki göstəricilərinə görə qladiatora bənzəyən bu forvard hələ çox komandanın əsəblərini korlayacaq.

 

Virtual amilə gəlincə, burada söhbət birbaşa komandanın baş məşqçisi haqda gedəcək. Yaddaşımda belə hal yoxdur ki, Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda təlim-məşq toplanışı zamanı rəngarəng futbol nümayiş etdirsin. Yadımdadır, çempionatın başlaması ərəfəsində “Keşlə” “Sumqayıt”a 1:2 hesabı ilə məğlub oldu. Həmin oyunda Əhmədovun komandasını cəsarətlə I Divizion təmsilçisiləri sırasına aid etmək olardı. Zaman göstərdi ki, paytaxt klubunun baş məşqçisinin demək olar planlaşdırdığı məğlubiyyətləri və keyfiyyətsiz oyunları nəzərdə tutan özünəməxsus oyun üslubu var. Bu səbəbdən qarşıdakı bazar günü Qəbələdə səfər imtahanı verəcək "Keşlə"ni sərt şəkildə tənqid etməyəcəyik.
 

 

CEYHUN ƏLİYEV, Antalya-Bakı

CBCsport
24 Fevral 2020
23 Fevral 2020
22 Fevral 2020
B.eÇ.aÇC.aCŞB