TOP 10

“Roma” braziliyalı futbolçu ilə gücləndi

Dünya Futbolu
Tarix: 2020-01-28 16:20

İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, paytaxt klubu A Seriyasının digər təmsilçisi “Atalanta”dan müdafiəçi Rocer İbanesi heyətinə cəlb edib.


Bu barədə “sarı-qırmızılar”ın rəsmi saytı məlumat yayıb. “Roma” braziliyalı mərkəz müdafiəçisini 2021-ci ilin yayına kimi icarəyə götürüb. Ondan sonra paytaxt klubu “Atalanta”ya əlavə 8 milyon + 2 milyon bonus ödəməklə futbolçunun transfer hüquqlarına da sahib çıxa biləcək.


22 yaşlı müdafiəçi “Roma”da 41 nömrəli formanı geyinəcək.


İbanes “Atalanta”ya 2019-cu ildə “Fluminense”dən transfer olunsa da, bu komandada möhkəmlənə bilməyib.

CBCsport
02 Aprel 2020
01 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL