TOP 10

Türkiyə və Uels yığmaları Bakını seçdi, İsveçrə millisi isə...

Futbol
Tarix: 2020-01-28 16:00

AVRO-2020-nin final mərhələsinin iştirakçılarının turnir zamanı harada yerləşəcəyi məlum olub. Sport24.az UEFA-nın saytına istinadən xəbər verir ki, Türkiyə və Uels yığmalarının Azərbaycanın paytaxtı Bakıda məskunlaşacaqları rəsmən açıqlanıb. 

 

Məlumdur ki, bu yığmalar qrupda 2 matçı Bakı Olimpiya Stadionunda keçirəcək. İsveçrə millisi də bu sıraya aid olsa da, İtaliyanın paytaxtı Romada qərarlaşmağı daha üstün tutub. Bu yığma Türkiyə və Uels kimi qrupun favoriti olan İtalya millisiylə məhz bu şəhərdə qarşılaşacaq. İtalyanlar isə Florensiyanın Koverçano bölgəsində məskən salacaq.

 

Xatrıladaq ki, BOS-da Türkiyə-Uels, Uels-İsveçrə və İsveçrə-Türkiyə matçları, habelə 1/4 final mərıləsinin bir görüşü keçiriləcək. 

 

 

 

AYAZ QURBANOV

 

CBCsport
23 Fevral 2020
22 Fevral 2020
B.eÇ.aÇC.aCŞB