TOP 10

"İcraiyyə Komitəsinin üzvləri Rövnəq Abdullayev başda olmaqla millinin baş məşqçisiylə bağlı çox maraqlı fikirlər səsləndirdilər"

Futbol
Tarix: 2020-01-28 15:00

"Elxan Məmmədovun AFFA-nın fəaliyyətində doğrudan da vacib rolu var və işləri həddən artıq çoxdu. Ona görə də bu məzmuna dolğun olan vəzifəyə təyin etmək, bir növ yeni impuls vermək düzgün fikirdi. Mən özüm FİDE-nin vitse-prezidenti kimi beynəlxalq qurumlarda təmsil olunan bir adamam. Azərbaycan nümayəndələrinin beynəlxalq qurumlarda təmsilçiliyinin təsdiqi və perspektivi üçün seçkili orqanlarda olmaq çox vacib amillərdən biridi". Bu fikirləri Sport24.az-a açıqlamasında AFFA-nın İcraiyyə Komitəsinə (İK) yenidən üzvü seçilən Mahir Məmmədov bildirib. 

 

O, AFFA strukturunda baş verən dəyişikliklərdən, yeni yaradılan icraçı vitse-prezident postuna baş katib Elxan Məmmədovun seçilməsində danışıb: "İndiyədək Elxan müəllimin seçkili bir vəzifəsi yox idi, bundan sonra olacaq. Bu, həm Azərbaycan daxilində vəzifə borcunu dolğun şəkildə yerinə yetirmək, həm də beynəlxalq arenada fəaliyyəti üçün vacibdi. Bildiyiniz kimi, beynəlxalq miqyasda bu perspektivləri, tendensiyanı görürük. Məmmədovun birinci dəfə beynəlxalq futbol arenasında Azərbaycanı seçkili orqanda daha layiqli təmsil etmək üçün şansı olacaq. Bu nöqteyi-nəzərdən məsələyə nikbin baxıram".

 

Məmmədov İK-da əsas müzakirəsi nəzərdə tutulan milli komandaya yeni baş məşqçi məsələsi haqda da danışıb: "İcraiyyə Komitəsinin üzvlərinə müəyyən sənədlər təqdim olundu ki, onları öyrənək və gələcək iclaslarda münasibətlərimizi bildirək. Millinin yeni baş məşqçisi ətrafında müəyyən müzakirə olundu. Hər kəs bu məsələyə öz baxışını ortaya qoydu, təklifini verdi. Əlbətə, hər şeyi sadələşdirsək, müzakirə yerli və ya xarici mütəxssis dəvəti ətrafında dolaşır. İcraiyyə Komitəsinin üzvləri Rövnəq Abdullayev başda olmaqla çox maraqlı, dəyərli fikirlər səsləndirdilər. Bunu indi demək istəməzdim, deməyə mənəvi hüququm da yoxdu. Ancaq onu demək istəyirəm ki, çox canlı bir müzakirə oldu". 

 

Həmsöhbətimiz bu posta yerli məşqçi sexindən namizədlərin olduğunu da gizlətməyib: "Məcbur deyil ki, namizəd Məşqçilər Komitəsinə daxil, onun üzvü olsun. Komitəyə üzv yox, məşqçi seçirik. Xaricdən də təkliflər çoxdu. Ancaq müzakirələri detallarına kimi xırdalamaq istəməzdim".

 

Xatırladaq ki, İK-nın 15 gün sonra keçiriləcək iclasında hazırda baş məşqçi vəzifəsinə olan geniş (32) namizədlər siyahısının azaldılaraq daha ətraflı müzakirə olunmasına qərar verilib.  

 

 

 

 

FƏRƏC ASLANOV

CBCsport
24 Fevral 2020
23 Fevral 2020
B.eÇ.aÇC.aCŞB