TOP 10

“Leyptsiq” “Monako”ya icarəyə verdiyi hücumçusunu geri qaytardı

Dünya Futbolu
Tarix: 2020-01-28 13:44

Almaniyanın “Leyptsiq” klubu Fransa “Monako”sunda icarədə olan hücumçusu Jan-Kevin Oqyusteni geri qaytarıb. Sport24.az xəbər verri ki, knyazlıq təmsilçisi 22 yaşlı futbolçunu mövsümün əvvəlində 1 illik icarəyə götürmüşdü.
 

Lakin Almaniya təmsilçisi futbolçusunun müqavilənin sonunadək “Monako”da qalmasını istəməyib. Bu üzdən də Jan-Kevin vaxtından öncə doğma klubunun düşərgəsinə dönməli olub.


Oqyusten bu mövsüm “Monako”da 1 oyuna çıxıb, 2 qola imza atıb.

CBCsport
07 Iyul 2020
06 Iyul 2020
B.eÇ.aÇC.aCŞB