TOP 10

Premyer Liqamızda komanda sayı 10 olacaq - yeni iştirakçılar əyaləti təmsil edəcək

Futbol
Tarix: 2020-01-28 13:16

Azərbaycan Premyer Liqasında komandaların sayı 8-dən 10-a artırılacaq. Sport24.az xəbər verir ki, AFFA-nın yeni vitse-prezidenti Vaqif Sadıqov hazırda keçirilən mətbuat konfransında bu məsələyə toxunub: "Hamımız klubların sayını artırmaq istəyirik. Onların sayını 10-a çatdırmağı planlaşdırırıq. Bu iki komanda əyaləti təmsil edəcək. "

 

Xatırladaq ki, növbəti mövsümdən Premyer Liqada təmsil olunacaq bu əyalət klublarının Gəncə "Kəpəz"iylə "Turan Tovuz"un olacağı gözlənilir. 

CBCsport
24 Fevral 2020
23 Fevral 2020
B.eÇ.aÇC.aCŞB