TOP 10

Millinin baş məşqçi postuna 32 namizəd var - 15 gün sonra İK-da detallı müzakirə olacaq

Futbol
Tarix: 2020-01-28 13:41

"Bulvar otel"də AFFA-nın yeni vitse-prezidentləri Elxan Məmmədov və Vaqif Sadıqovun iştirakı ilə İcraiyyə Komitəsinə (İK) həsr olunmuş mətbuat konfransı keçirilib. Sport24.az xəbər verir ki, Məmmədov AFFA-nın strukturundakı dəyişikliklərdən danışıb. Belə ki, İK-nın üzvlərinin funskiyaları aşağıdakılardan ibarətdi: 

 

İsgəndər Cavadov - Regional koordinator

Elxan Məmmədov - İcraçı vitse-prezident

Rauf Əliyev - gənclər futbolu

Vaqi Sadıqovf - məşqçilər və klublarla işləmək

Elşad Nəsirov - milli komandalar

Firudin Qurbanov - tələbə futbolu

Fərid Mansurov - gənclərlə iş.

Elmar Məmmədyarov - dövlət qurumları ilə əlaqələndirici

 

Məmmədov icraçı vitse-prezident postunun yaranmasının səbəblərini açıqlayıb: “Bildiyiniz kimi, iki vitse-prezidentin başqa işləri var idi. İndi həm mən, həm də Vaqif Sadıqov AFFA-nın inzibati binasında stabil qərarlaşacağıq. Başqa bir səbəb var. Ədalətli oyunlar komitəsinin sədri seçildim. Daha böyül coğrafiya əldə etmək üçün səviyyəli icraçı vitse-prezident səviyyəsində status almaq lazım idi".

 

Məmmədov onu da bildirib ki, mini-futbol meydançaların tikintisini davam etdirəcəklər: "Təhsil Nazirliyi ilə birlikdə "Hər yerdə Futbol" layihəsinə başlamışıq. Hər il məktəblərdə süni meydançalar inşa edəcəyik. Qapılare qurulacaq və bu məktəblər toplarla təmin ediləcək. Millinin baş məşqçisinin boş qalan vəzifəsini də müzakirə etdik. İcraiyyə Komitəsinin hər bir üzvü öz fikrini bildirdi".

 

Sadıqov milli komandanın yeni baş məşqçisi ilə bağlı yekun fikrə gəlmədiklərini açıqlayıb: "Namizədlər çoxdur. Siyahıda yerli mütəxəssis də yer alıb. Bizə İcraiyyə Komitəsinin növbəti iclasından əvvəl namizəd barədə düşünmək üçün vaxt verildi".

 

Nə Məmmədov, nə də Sadıqov millinin baş məşqçisi vəzifəsinə yerli namizədin adını çəkdi. İcraçı vitse-prezident vakant posta namizədlərin sayını açıqladı: “Bunların sayı ümimilikdə 32 namizəddi. İcraiyyə Komitəsinin üzvləri hər bir namizədllə tanış olacaq və fikirlərini bildirəcəklər. Çox güman ki, İcraiyyə Komitəsinin iclası 15 gündən sonra baş tutacaq və həmin toplantıda bu məsələni daha ətraflı müzakirə edəcəyik".

 

Yeni baş məşqçi qarşısında hansı hədəflər qoyulacaq? İcraçı vitse-prezident bu suala cavab verməkdə hələ ki çətinlik çəkib: “Martın 3-də Millətlər Liqasının qrup mərhələsinin püşkü atılacaq. Rəqiblərimiz müəyyənləşdikdən sonra vəzifələr barədə danışmaq mümkün olacaq. Çox ümid edirəm ki, püşkatma öncəsi yeni baş məşqçinin adı müəyyənləşəcək". 
 

 

Sadıqıv isə I Diviziona da toxunub: “Bu liqayla bağlı da məsələsi müzakirə etdik. Məşqçilər Komitəsi I Divizion qalibinə Premyer Liqada iştirak etmək hüququ qazanan idman prinsipini geri qaytarmağa çalışmağı tövsiyə etdi. Ancaq təəssüf ki, müzakirələrin əksəriyyətini danışılmış oyunlara  və bu virusun aradan qaldırılması axtarışlarına həsr etdik".
 

CBCsport
24 Fevral 2020
23 Fevral 2020
B.eÇ.aÇC.aCŞB