TOP 10

Riad Rəfiyev komandasının Antalyadakı performansından razı qalıb: "Konkret söhbət getmir avrokuboklara vəsiqə qazanmaqdan..."

Futbol
Tarix: 2020-01-28 11:52

"Antalyada hazırlıq yaxşı keçdi, komanda yaxşı təsir bağışladı. Düzdür, bu yoldaşlıq görüşləri idi. Belə matçlarda nəticəyə yox, oyunun keyfiyyətinə üstünük veririk". Bu fikirləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın prezidenti Riad Rəfiyev bildirib.  

 

Antalyada qış hazırlığında yoxlama matçlarında ən yaxşı nəticə göstərən, ən yaxşı təsir bağışlayan klublarımızdan məhz "gənclik şəhəri"nin təmsilçisi olub: "Əlbəttə, həmişə bəzi məqamlar olacaq ki, bunlar üzərində işləyəcəyik. Amma ümumi götürsək, komandamızdan razı qalmışam".

 

"Sumqayıt"ı qış failəsindən sonra ilk turda "Neftçi"ylə səfər matçı gözləyir. Rəfiyev fevralın 1-də "Bakcell Arena"da keçriiləcək bu görüşün maraqlı, çətin oyun olacağını söyləyib: "Ciddi hazırlaşırıq. "Neftçi"nin gücünü hamı bilir, yeni baş məşqçisi var, ona uğurlar arzu edirəm. Futbolçular da yeni baş məşqçiyə özlərini göstərmək, yaxşı təsir bağışlamaq istəyəcəklər".

 

Klub prezidenti cari mövsümün ikinci yarısındakı hədəflərindən də söz açıb: "Fərqi yoxdur ki, hardan - Premyer Liqadan, yoxsa Kubokdan Avropaya çıxaq. Konkret söhbət getmir avrokuboklara vəsiqə qazanmaqdan. Məqsədimiz bəllidi, hamı bunu, strategiyamızı bilir. Avrokuboklara vəsiqə qazanmaq deyəndə, hər oyuna 3 xal üçün çıxırıq. Bundan sonra necə olacağını zaman göstərəcək". 

 

 

 

FƏRƏC ASLANOV

CBCsport
24 Fevral 2020
23 Fevral 2020
B.eÇ.aÇC.aCŞB