TOP 10

Rövnəq Abdullayev millidən narazılığını, hakimlikdən razılığını, AVRO-2020-ylə bağlı inamını ifadə etdi: "Şamaxıda stadion tikmək barədə artıq qərar verilib"

Futbol
Tarix: 2020-01-28 10:31

“Şamaxıda stadion tikmək barədə artıq qərar verilib. Gəncədə yenidənqurma işləri aparılır. Ölkə başçısı Sumqayıtdakı stadionun tam yenidən qurulması barədə sərəncam imzalayıb". Sport24.az xəbər verir ki, bu fikirləri AFFA prezidenti Rövnəq Abdullayev assosiasiyanın hazırda keçirildiyi Hesabat-Seçki Konfransında çıxışında deyib.

 

Abdullayev son prezidentlik dövründə görülən işlər barədə məruzə edib, planlar barədə də danışıb: "Millətlər Liqasına vəsiqə qazanmaq üçün əla bir şans qazanmışdıq, ancaq Avropanın ən zəif ölkələrini keçə bilməyəcəyimizdən məyus olduq. Ayrıca, AVRO-2020-də 1 xalla kifayətlənmək bizi qane etmədi. Bu mövsüm klublarımız avrokubok arenasında uğurla çıxış etdilər. Xüsusilə, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə yüksəldi və orada layiqli mübarizə apardı. Hakimliyin inkişafı göz qabağındadır. Onlar müxtəlif ölkələrə çempionatların ən vacib oyunlarına dəvət olunur. Bu il Avropa çempionatının 4 oyunu Bakıda keçiriləcək. İnanıram ki, Azərbaycan bu dəfə də idman tədbirlərini ən yüksək səviyyədə keçirmək bacarığı ilə parlayacaq".
 

CBCsport
24 Fevral 2020
23 Fevral 2020
B.eÇ.aÇC.aCŞB