TOP 10

Rövnəq Abdullayev 4-cü dəfə AFFA prezidenti seçildi - İcraiyyə Komitəsinin üzvləri də bəllidi

Futbol
Tarix: 2020-01-28 11:06

Bu gün AFFA-nın Hesabat-Seçki Konfransı keçirilib. Sport24.az xəbər verir ki, saat 10:00-da işinə başlayan növbəti Konfrans "Bulvar otel"də təşkil olunub.

 

 Açılış nitqi ilə AFFA prezidenti Rövnəq Abdullayev çıxış edib. Gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə futbolun populyarlaşmasından danışıb.
 

AFFA-nın baş mühasibi Xalid Cavadov maliyyə hesabatı verib. 2019-cu ildə AFFA-nın ümumi gəlir 30 milyon manat civarında təşkil edib. İl ərzində təxminən 23,5 milyon manat xərclənib. Avropa Liqasının finalına təxminən 13.5 milyon manat xərclənib ki, bunun da 11 milyonunu Maliyyə Nazirliyi ayırıb. Müstəqil auditor Ülvi Həsənov Birliyin maliyyə hesabatının şəffaflığını təsdiqləyib.
 

Konfransda AFFA prezidenti seçkisi olub. Rövnəq Abdullayev növbəti 4 il üçün assosiasiyanın rəhbəri seçilib. 2008-ci ildən AFFA-ya rəhbərlik edən bu şəxs ikinci dəfə 2012-ci, üçüncü dəfə isə 2016-cı ildə AFFA prezidenti vəzifəsinə seçilib.

 

Konfransda AFFA İcraiyyə Komitəsinə üzvlər də seçilib. Həmin 12 nəfər İsgəndər Cavadov, Kazbek Tuayev, Elxan Məmmədov, Zaur Axundov, Rauf Əliyev, Vaqif Sadıqov, Elşad Nəsirov,  Fərid Mansurov, Firudin Qurbanov, Mahir Məmmədov, Elmar Məmmədyarov və Könül Mehtiyevadı. 

 

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer

1. İsgəndər Cavadov – Qərb Regional Futbol Federasiyası tərəfindən

2. Kazbek Tuayev – Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən

3. Elxan Məmmədov – Şimal Regional Futbol Federasiyası tərəfindən

 

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer

1. Zaur Axundov – “Keşlə” FK tərəfindən

2. Rauf Əliyev – “Səbail” FK tərəfindən

3. Vaqif Sadıqov – “Sumqayıt” FK tərəfindən

4. Elşad Nəsirov – “Neftçi” PFK tərəfindən

5. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən

 

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer

1. Firudin Qurbanov – Tələbə Futbol Federasiyası tərəfindən

2. Mahir Məmmədov – Futzal Federasiyası tərəfindən

 

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer

1. Elmar Məmmədyarov – Ümumazərbaycan Futbolsevərlər Birliyi tərəfindən

2. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən

 

 

 

 

AYAZ QURBANOV

CBCsport
24 Fevral 2020
23 Fevral 2020
B.eÇ.aÇC.aCŞB