TOP 10

“Zirə”nin vidalaşdığı hücumçudan debüt matçında het-trik

Dünya Futbolu
Tarix: 2020-01-28 10:56

Bu qış fasiləsi dönəmində “Zirə”dən ayrılan Soni Nordenin Malayziyanın "Melaka Yunayted" klubunda debütü uğurlu alınıb. Sport24.az xəbər verir ki, haitili hücumçu "Negeri Sembilan" ilə yoxlama matçında het-trik edib.
 

30 yaşlı futbolçu 5, 55 və 66-cı dəqiqələrdə fərqlənib. Qarşılaşma "Melaka Yunayted"in 5:0 hesablı qələbəsi ilə başa çatıb.


Qeyd edək ki, Norde 2019-cu ilin yayında "Zirə"yə keçmişdi. Lakin qəsəbə təmsilçisi qış fasiləsində hücumçunun müqaviləsini qarşılıqlı razılaşma əsasında pozmuşdu.

CBCsport
24 Fevral 2020
23 Fevral 2020
B.eÇ.aÇC.aCŞB