TOP 10

Azərbaycanlı futbolçu üçün “Simurq”un sabiq baş məşqçisi

Dünya Futbolu
Tarix: 2020-01-28 10:11

Rusiyanın “Ximki” klubuna yeni baş məşqçi təyin olunub. Sport24.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin sabiq üzvü Kamran Əliyevin formasını geyindiyi 1-ci divizion klubu Sergey Yurana tapşırılıb.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Simurq”un sabiq baş məşqçisi ilə müqavilənin detalları açıqlanmayıb.


Xatırladaq ki, ukraynalı mütəxəssis 2011-ci ildə “Simurq”un baş məşqçisi olub. Millimizin 21 yaşlı sabiq yarımmüdafiəçisi isə bu mövsüm 23 oyuna çıxıb və 8 qol vurub.

CBCsport
07 Iyul 2020
06 Iyul 2020
B.eÇ.aÇC.aCŞB