TOP 10

"Sumqayıt"ın "Şaxtyor"dan daha yaxşı olmasının səbəbi göstərildi - baş məşqçi açıqladı

Futbol
Tarix: 2020-01-28 09:18

Qazaxıstanın "Şaxtyor" klubunun baş məşqçisi Vyaçeslav Qroznı "Sumqayıt" a Antalyadakı yoxlama matçında məğlubiyyətindən (2:4) danışıb. Sport24.az xəbər verir ki, təcrübəli ukraynalı mütəxəssis təlim-məşq toplanışında yetərincə sakit davrandığını etiraf edib: "Əvvəllə hər şeyə qarşı daha həssas idim, amma indi oyunçuların imkanlarını ayıq başla qiymətləndirirəm və insanların bir neçə ay məşq etmədiklərini başa düşürəm. Təbii ki, onlar üçün çətindir, hələ də həminki formada deyillər. Məsələn, dördüncü yerdə olan Azərbaycan komandası bir həftə sonra çempionatda iştirak edərsə, təbii ki, həm komanda oyunu, həm də formada olmaq baxımından bizdən yaxşıdı. Bizdə isə çempionat yalnız ayyarımdan sonra başlayır. Buna görə çempionata kifayət qədər yaxşı rəqabət aparmağımıza imkan verən bir vəziyyətdə yaxınlaşacağıq".
 

CBCsport
24 Fevral 2020
23 Fevral 2020
B.eÇ.aÇC.aCŞB