TOP 10

"Neftçi" "Sumqayıt"la matçın hazırlığına başladı - Federiko da məşqə çıxdı

Futbol
Tarix: 2020-01-27 18:20

“Neftçi” Premyer Liqanın XV turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığına start verib. Sport24.az xəbər verir ki, Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vuraraq yanvarın 25-i Bakıya qayıdan komandanın üzvləri birgünlük fasilədən sonra bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.

 

Bütün futbolçuların qatıldığı məşqdə fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.

 

Baxışda olan futbolçu Nabi Silla məşqçilər korpusu tərəfindən bəyənilməyərək, geri göndərilib. Bunadək əvəzedici heyətin düşərgəsində olan Dario Frederiko isə əsas komandanın məşqində iştirak edib.

 

“Neftçi” Premyer Liqanın 15-ci turu çərçivəsində fevralın 1-i saat 17:30-da “Sumqayıt”ı qonaq edəcək.

CBCsport
02 Aprel 2020
01 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL