TOP 10

Yığmamız AÇ-yə Bakıda hazırlaşır

Güləş
Tarix: 2020-01-27 16:01

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması yanvarın 25-dən növbəti təlim-məşq toplanışına start verib. Sport24.az xəbər verir ki, Nitsa qran-prisində çıxış etdikdən sonra vətənə qayıdan millimiz bir neçə günlük fasilədən sonra hazırlıq prosesini bərpa edib.
 

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında baş tutan təlim-məşq toplanışı gələn ay İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatına və qarşıdakı lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyır. Komanda qitə birinciliyinədək məşqləri Olimpiya Güləş Mərkəzində davam etdirəcək.

CBCsport
24 Fevral 2020
23 Fevral 2020
22 Fevral 2020
B.eÇ.aÇC.aCŞB