TOP 10

 Antalya - 12 gün, 12 matç: İki "Neftçi", bəs, üçüncü olacaqmı?

Futbol
Tarix: 2020-01-27 18:00

“Hər il dekabrın 31-də dostlarımla hamama gedirik. Bizdə belə ənənə var". Bu, "Taleyin ironiyası və ya həmişə təmizlikdə" filmində milyonlarla tamaşaçının sevilən ifadələrindən biridir.

 

Hər qış Antalyada təlim-məşq toplanışı keçən Premyer Liqa təmsilçiləri ilə də oxşar bir şey yaşanır. Sport24.az-ın əməkdaşı Azərbaycan elitasının hazırlığını yerindən izləyərək ümumilikdə 12 matçda olub. İkinci materialımız "Neftçi”yə həsr olunacaq.

 

Cari mövsümün ilk hissəsində "neftçilər"in ünvanına xeyli tənqid ünvanlandı. Belə görünürdü ki, Roberto Bordin özü üçün heç olmasa xırda nəticələr çıxarmalı və Britaniya futbol modelindən - cinahdan hücum, asma və "ikinci mərtəbədə" mübarizədən imtina etməlidir. Bu, hündürboylu futbolçuları olan komandalar üçün primitiv taktikadı. Azərbaycan təmsilçilərinin daxil olduğu cənub klublarına gəldikdə, hər şeyi "birinci mərtəbədə" etmək lazımdı.
 

Antalyadakı ilk matçında "ağ-qaralar" Polşa elitasının son komandası LKS ilə mübarizə aparmalı idi. Yoxlama matçlarında 0:10 da uduza bilərsən. Ancaq bunu komandasının konkret oyun cizgiləri olan bir məşqçi tərəfidən özünə imkan verə bilər. Bir il yarım ərzində italiyalı nəticə və baxımlı futbolu ala biləcəyin normal bir model yarada bilmədi.  Bu sətirlərin müəllifi şərhçi kabinəsində idi və polşalılarla həmin görüşün iki şərhçisindən biri idi. Etiraf edim ki, Bordin təkcə oyunda deyil, həm də bilavasitə şərhçi kabinəsində xoş anları olmadı.

 

Sənin ölkənin təmsilçisi 90 dəqiqə ərzində bir dəfə də olsun qapıya zərbə vurmursa, "cərrahi müdaxilə" etmək lazımdı. Və "fai le valigie e marcia a casa" (çantalarını yığıb marş evə ) adlı əməliyyat uğurla həyata keçirildi.

 

"Neftçi" rəhbərliyi hadisələrin bu cür axarına hazır idi. Müşahidə Şurası baş məşqçi vəzifəsini bu günə qədər Bordinin köməkçisi olmuş Fizuli Məmədova həvalə etdi. "Neftçi" rəhbərlərinin düşüncələrin gedişi aydındı - yeni bir əcnəbi gətirəcəkdilər və o da 5-6 futbolçunun alınması tələb edərdi. Mövsümün sonunda isə deyərdi ki, komandanı yaradan mən deyildim. Məmmədov hər bir futbolçunu əvvəlcədən tanıyər, uyğunlaşmaq üçün zamana ehtiyac duymurdu.
 

Bu sətirlərin müəllifi "Neftçi" nin ikinci yoxlama oyununu izlədi. Əlbəttə ki, Kiyev "Dinamo"suna qarşı baş məşqçi kimi debüt etmək (hətta baş məşqçi əvəzi olaraq da) bir tərəfdən nüfuzludu, digər tərəfdən təhlükəlidi. Axı, Ukrayna nəhəngi iştahaya gəlsə, darmadağından qaçmaq olmaz. Ancaq rəqibini dəyişməzsən. Matçın başlanğıcı “ağ-qaralar” üçün acınacaqlı oldu: qısa müddət ərzində kiyevlilər iki dəfə Azərbaycan vitse-çempionunun qapısına yol tapdılar. Məğlubiyyət qaçılmaz görünürdü. Ancaq fasilə zamanı baş məşqçi vəzifəsini icra edən lazımi sözləri tapmağı və komandanı oyandırmağı bacardı. Yekunda "Neftçi" 1:2 hesabı ilə məğlub oldu və komandanın potensial yeni taktikası haqqında dəftərcəmizdə qeydlərimizi etdik. Qısa müddətdə kardinal dəyişikliklər etmək mümkün deyil, ancaq boşlquları doldurmaq yetərincə realdı. Komanda yenidən cinah keçirdləri etdi, ancaq bunlar asmalarla yox, cinah ötürmələri və ya cərimə meydançasına girmək cəhdi ilə yekunlaşırdı. "Neftçi" orta məsafələrdən zərbələr endirməyə başladı - bu komanda üçün daha bir müsbət cəhətdi. Komanda mərkəzdən hücum etməyə başladı və bu, “neftçilər”in oyununa rəng qatdı.

 

Yanvarın 24-də "Neftçi"nin iştirakı ilə keçirilən üçüncü oyun görmək mümkün olmadı. Antalyadan İstanbula uçan təyyarədə belə bir lüks imkan yox idi. Bu səbəbdən "Desna" ilə görüş haqqında danışmayacağıq.

 

Bir oyunla uzağa hesablanan nəticə çıxarmayacağıq. Fizuli Məmmədov futbolçularla dostluq yolu seçdi. Belə ki, kiyevlilılərlə matçda hər əvəzləmə məşqçinin dəyişdiyinə öpüşüylə müşayiət olundu. Bununla Məmmədov futbolçuların onun üçün nə qədər dəyərli olduqlarını göstərdi. Taktiki dəyişikliklər haqda yuxarıda danışdıq.

 

Son abzası məşqçi kreslosuna həsr edəcəyik. Fizuli Məmmədovun 83 yaşlı bir komandanın baş məşqçisi olmaq üçün gözəl şansı yarandı. Bunun üçün başından yuxarı tullanmaq və "Neftçi"ni çempion etmək lazımdı. Açıq deyək ki, bu vəzifə çətindi. Başqa hansı alternativlər var? Məmmədov komandası baxımlı futbol nümayiş etdirir, oyunçularla klub rəhbərliyi razıdırlar və adıçəkilən mütəxəssis mövsümün sonuna qədər çalışır ki, bundan sonra yenidən köməkçiyə çevrilir. Üçüncü seçim də var. Məmmədovun rəhbərliyi altında komanda "qara zolağa"düşür və Müşahidə Şurası mövsümün sonunu gözləmədən  daha təcrübəli mütəxəssis təyin edir. Üç variantın hamısı reallaşdırmaq imkanına malikdir, ancaq üçündən yalnız biri olacaq.

 

 

 

 

CEYHUN ƏLİYEV, Antalya-Bakı
 
 

CBCsport
28 Mart 2020
27 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL