TOP 10

Qurbanov ayağına 25 dəfə buz qoymalı olub, startda kənarda qalacaq: "Arsenal"ın prezidenti də onunla birgə yanıma gələrək məndən üzr istədilər"

Futbol
Tarix: 2020-01-27 13:36

"Keşlə"nin Antalya toplanışında zədə sarıdan xeyli problemi oldu. Son olaraq Ruslan Qurbanov sıradan çıxdı ki, Tula "Arsenal"ıyla yoxlama matçında hələ ilk hissədə zədələnərək əvəzlənən bu təcrübəli futbolçu bir həftəyə yaxındı məşqlərdən kənarda qalıb. Son sınaq oyununu kənardan izləyən 29 yaşlı hücumçunun hələ bir müddət müalicə olunacağı gözlənilir. Ruslan Sport24.az-a müsahibəsinə hazırkı durumu haqda məlumat verməklə başlayıb. 

 

- Bugünlərdə MRT müayinəsi edəcəm və bundan sonra vəziyyətimi dəqiq biləcəm. Ayağımı yerə basa bilirəm, sadəcə, möhkəm əzilmə olub, böyük şiş yaranıb, qara qan yığılıb. Hələ də ağrılar var, ancaq ümid edirəm ki, ciddi bir şey olmayacaq. Fikrimcə, 7-10 gün yaşıl meydandan kənarda qalacağım dəqiqdi. 

 

- Yəni, startda "Qəbələ"ylə səfər matçında komandana kömək edə bilməyəcəksən...

- Çox güman belə olacaq. Bu matçı buraxmaq istəməzdim. Ancaq belə olacaqsa, heç nə edə bilmərəm. Hətta "Qəbələ"yə qarşı oynamağı nə qədər çox istəsəm də, ayağım imkan vermirsə, edə bilməyəcəm. Bu müddətdə müalicə olunacam, vəziyyətə baxacam.

 

- Fasilədən sonra ilk turun qarşılaşmasına görə oynamağı çox istəyirsən, yoxsa "Qəbələ"yə qarşı prinsipiallığa görə?

- Yox, sadəcə, oynamaq istəyirəm. Həmişə bunu arzulayıram ki, komandama fayda verim.  

 

- Zədə aldığın epizodu necə xatırlayırsan?

- Rəqibin müdafiəçisi Alvarosu aldatdım. Bunu bir dəfə etdim, ikincidə zərbə vurdu. Bu zaman şaqqıltı səsi eşitdim. Dərhal topuq nahiyəmdə şiş əmələ gəldi. İlk 2 gündə təxminən 25 dəfə ayağıma buz qoydum. Buna baxmayaraq, şiş keçmədi, ancaq ağrı azaldı. 

 

- Necə hesab edirsən, onu iki dəfə keçdiyinə görə özündən çıxaraq bilərəkdən səni vurdu?

- Elə düşünmürəm. 30-ci dəqiqədə zədələndim, həmin futbolçu fasilədə paltardəyişmə otağına prezidenti Quram Acoyevlə birgə daxil oldu. Qarşımda üzr istədi və dedi ki, bağışla, belə olmasını istəməzdim, bu, futboldu. Onun sözlərinin səmimi olduğunu hesab edirəm. 

 

- Maraqlıdı. "Arsenal"ın prezidenti sənə nə dedi?

- Heç nə demədi. Başıyla öz adından da üzxahlığını ifadə etdi, vəsalam. İkisi də tez bir zamanda getdi. 

 

- Necə düşünürsən, Tula klubu, prezidenti səni gələcək üçün transfer etmək baxmından gözaltı etdi?

-  (gülür) Deyə bilmərəm. Yaxşı oynayıb-oynamadığını qoy, baş məşqçi qiymətləndirsin. Əlbəttə, Rusiya çempionatında çıxış etmək istəyərdim. Belə bir imkan olsa, məmnuniyyətlə gedərdim. Ancaq hələ ki heç bir konkret şey yoxdu.

 

- Aydın məsələdir ki, futbol, idman zədəsiz mümkün deyil. Ancaq səndə son vaxtlar zədə epidemiyasıdır. Ötən ilin sonunda "Qarabağ"la vacib Kubok matçlarında komandana kömək edə bilmədin, indi də belə. "Qara zolaq"dasan?

- Bilmirəm, ola bilər ki, Allah məni sınağa çəkir. Sadəcə, belə vəziyyətdə səbrini göstərməlisən. Hesab edirəm ki, toparlanıb daha güclü olacam. Yaşıl meydana imkan daxilində tez qayıdıb komandada kömək etmək istəyirəm. Bəli, o haqda düşünürəm ki, yaxşı forma yığan kimi hər dəfə nəsə bir şey olur. Əlbəttə, zədəsiz olmur, heç kim bundan sığortalanmayıb. Bilməzdim ki, belə xəsarət alacam. 

 

- Antalyda toplanışınıza necə qiymət verərdin? Yoxlama oyunları olsa da, qələbə qazana bilmədiniz...

- Toplanış yaxşı keçdi. Fikrimcə, bütün futbolçular mövsümün ikinci yarısına hazırdı. Əlbəttə, qalib gələ bilmədik və bu, heç də yaxşı nəticə deyil. Anaq yoxlama matçları elə vacib deyildi. İndi bütün fikrilərimiz "Qəbələ"yə qarşıdakı oyunla bağlıdı. Çalışacağıq ki, ilə qələbəylə başlayaq. 

 

- Yeni transferləriniz necədi?

- Klub onları seçibsə, deməli, kömək edəcəklər. Deyə bilərəm ki, yaxşı futbolçulardı. Onları futbol ailəmizə yaxşı qəbul etdik. Özlərini kollektivimzidə komfortlu hiss edirlər. Sadəcə, onlara bir az vaxt lazımdı və potensialları tam açılacaq. Necə deyərlər, yaşayarıq, görərik. Tezliklə mövsüm başlayır.

 

- Elə son olaraq başlayan bu həftəsonu başlayan mövsümün həlledici mərhələsindən gözləntin. Ən yaxın izləyicilərinizdən "Sumqayıt" yaxşı formadadı, "Zirə" xeyli güclənib...

- Tam razıyam. Sözsüz ki, çətin, çox çətin olacaq. Çünki zəif olan komanda yoxdu ki, asan qalib gələsən. Çempionatda bütün rəqiblərimiz güclüdü. Dediyiniz komandalarla yanaşı, "Sabah", "Qəbələ", Səbail" də meydana elə-belə çıxmayacaq. Hər komanda güclənib, hər komanda medalçılar sırasına düşərək avrokuboklara çıxmaq istəyir.  Ancaq biz də hazırda olan mövqeyimzi sonadək saxlamaq istəyirik. Buna görə hər oyuna son matç kimi çıxmağımız lazımdı. İnşallah, onda çempionatı ən azı hazırkı yerimiz olan 3-cü pillədə bitirəcəyik.  

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
02 Aprel 2020
01 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL