TOP 10

Kvabenadan qərəzli münasibətlə bağlı sərt ittihamlar: "O, məni heç təbrik etmədi, "Kordoba"nın istədiyi 8000 avronu isə "Qarabağ" ödəməli oldu"

Futbol
Tarix: 2020-01-27 11:26

"Qarabağ"ın yeni transferi Ovusu Kvabena icarədə olduğu İspaniya "Kordoba"sından gedişində baş məşqçi Raul Aqneni günahlandırıb. Sport24.az xəbər verir ki, 23 qanalı hücumçu yazdığı vida məktubunda keçmiş çalışdırıcısının ona daimi alçaldıcı münasibətindən şikayətlənib.

 

Kvabena bildirib ki, 49 yaşlı ispaniyalı mütəxəssislə yola getmək çox çətin idi: "Elə bir baş məşqçi tanımıram ki, mənə dediyi sözləri ona hər şeyini verən digər futbolçu barədə səsləndirsin. Qana yığmasına hər dəfə çağırıldığım vaxt problem yaşayırdım. Afrika Kubokunun oyunundan sonra dərhal qayıdırdım ki, məni heç bir səbəbsiz ehtiyatda saxlamasın. "Rekreativo" ilə qarşılaşmada penalti qazanaraq, qol vurduğum vaxt Aqne məni heç təbrik etmədi". 

 

Ovusu "Kordoba"nın idman direktoru Alfonso Serrano barədə də sərt danışıb. Hücumçunun sözlərinə görə, bu şəxs yeni hücumçu alınmayanadək onu buraxmaq istəməyib: "Klubdan müqavilə üzrə məxsus olduğu "Leqanes"in "Qarabağ"la anlaşmasından sonra təcili ayrılmalı oldum. Bunun üçün "Kordoba"nın istədiyi 8000 avronu "Qarabağ" ödəməli oldu. Azarkeşlərə minnətdarlığını bildirirəm. Gedişimdə yeganə günahkar Aqnedi".

 

Qeyd edək ki, Kvabena Qarabağ"la 3,5 illik müqavilə bağlayıb.

CBCsport
02 Aprel 2020
01 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL