TOP 10

Millimizdən Antalyada 3 oyun, 3 qələbə - sonuncu əzmkar

Futbol
Tarix: 2020-01-27 19:56

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində bu gün sonuncu yoldaşlıq oyunu keçirib. Sport24.az xəbər verir ki, Samir Əliyevin komandası Şimali Makedoniyanın müvafiq yaş qrupuna aid yığması ilə üz-üzə gəlib. 

 

Yığmamız bu dəfə də meydanı qalib tərk edib. Düzdür, son matçda qələbə əzmkarlıqla əldə olunub. Belə ki, fasiləyə hesabda geridə yollanan 19 yaşlılarımız ikinci  hissədə 2 qol vuraraq qələbəni son dəqiqədə qoparıb. 

 

Xatırladaq ki, 19 yaşlılarımız bu rəqibi ötən həftə 2:0 hesabıyla məğlub edib, daha əvvəl isə Türkiyənin "Alanyaspor" klubunun U-19 komandasına 4:2 hesabıyla qalib gəlib. 

 

 

Yoldaşlıq görüşü

27 yanvar

Azərbaycan - Şimali Makedoniya - 2:1

Qol: Mustafa Yıldırım, 70, Samir Abdullayev, 90

CBCsport
23 Fevral 2020
22 Fevral 2020
B.eÇ.aÇC.aCŞB