TOP 10

Turabovun komandası yenə məğlub oldu

Dünya Futbolu
Tarix: 2020-01-27 10:20

Futbol üzrə Albaniya çempionatında 19-cu turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi “Biliş” də növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv səfərdə “Teuta” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Xeyli müddətdi zədədən əziyyət çəkən Eltun bu görüşün iştirakçısı olmayıb. 


“Biliş” 19 turdan sonra 30 xalla 10 komanda arasında 4-cü pillədə qərarlaşıb.


Xatırladaq ki, Albaniya klubu Turabovu "Sabah"dan icarəyə götürüb.

CBCsport
23 Fevral 2020
22 Fevral 2020
B.eÇ.aÇC.aCŞB