TOP 10

Antalya çempionu - heyətində "qol kralı" da var

Futbol
Tarix: 2020-01-26 18:00

Premyer Liqa təmsilçilərimiz qış hazırlığının əsas hissəsinin nəzərdə tutulduğu Antalya təlim-məşq toplanışını başa vurdular. 4 klubumuz - "Zirə", “Sabah", "Neftçi" və "Keşlə" daha əvvəldən Bakıdadırsa, "Qarabağ", "Sumqayıt, "Səbail" və "Qəbələ" bu gün Vətənə dönüblər.

 

Təbii ki, klublarımızın Türkiyə hazırlığında əsas yeri yoxlama matçları tutur. Düzdür, bu dəfə toplanışlar hamısı eyni müddətli - ikihəftəlik oldu. Halbuki, misal üçün "Qarabağ"ın Antalyada üçhəftəlik hazırlıq keçməsinə adət etmişdik. Ancaq görünür, ötən ilin qış fasiləsində Antalyaya yağan güclü yağışlar, bəzi hazırlıq matçlarınıntəxirə salınması üzündən bu dəfə səfərlər belə uzunmüddətli olmadı. Əslində, bu dəfə klublar belə problemlə üzləşmədi, kurort bölgəsində hava qaydasında oldu.

 

Yoxlama matçlarında nəticə nə qədər vacib olmasa da, ürəkaçan olmadı. Təsadüfi deyil ki, balans mənfi saldodu - 29 oyunda cəmi 8 qələbəmiz oldu, 8 dəfə də heç-heçə etdik, az qala görüşlərindən yarısında - 13-də məğlubiyyət aldıq. Topların fərqi də rəqiblərin xeyrinədi - 38-48.

 

Ən uğursuz oyunlar "Neftçi"də oldu. Belə ki, "ağ-qaralar" bütün qarşılaşmalarında uduzan yeganə təmsilçimiz oldu. Ən böyükhesablı məğlubiyyəti də "Neftçi" aldı - 0:4. Antalyada ən maraqlı, gözlənilməz olaylar da məhz ƏN adlı-sanlı klubumuzun düşərgəsində baş verdi. Belə ki, italiyalı baş məşqçi Roberto Bordin məhz bu həmin ağır məğlubiyyətdən sonra müqaviləsi pozularaq istefaya göndərildi. Onu vəzifəsində əvəzləyən köməkçisi Füzuli Məmmədov Ukrayna Premyer Liqa təmsilçiləriylə görüşlərdə eyni hesablı məğlubiyyət aldı - 1:2.

 

Qış çempionu "Qarabağ"da yoxlama matçlarında nəticələrin uğurlu olmamasına artıq vərdiş etmişik. Bu dəfə də istisna olmadı - cəmi 1 qələbə. Hamıda toplanış ikihəftəlik olduğundan, uzağı 4 yoxlama matçı keçirildi. Ancaq "Qarabağ" bir gündə iki oyun keçirmək ənənəsinə sadiq qaldı. Səhər qarşılaşmasında əsasən ikinci heyət oynadısa, axşam əsas heyət meydanda idi.

 

Premyer Liqamızın ilk "3-lüy"ü qapayan "Keşlə" də qələbəyə həsrət qaldı. Düzdür, "Neftçi"dən fərqli Tərlan Əhmədovun komandası bir matçda - sonda uduzmadı. Özü də həmin görüşdə hesabda irəli olaraq qələbəni əldən verdi. "Keşlə"də qolların müəlliflərinin yeni transferlərin olmağı diqqət çəkdi. Özbək cinah vingeri Şahroh Qadoyev 1 dəfə fərqləndisə, anqolalı hücumçu Aleksandr Kristovao hesabına 2 qol yazdı.

 

Son "5-lik"də olan klublarımızın hamısı qələbə sevinci yaşadı. Bunlar arasında nəticələrə görə ən uğurlusu "Sumqayıt"la "Zirə" oldular - hərəyə 2 qələbə. Ancaq Zaur Həşimovun komandası orta xal hesabına (2) görə Antalya çempionu sayılır. "Sumqayıt"də isə bu göstəricisi 1,750-di.

 

İstənilən halda, ən uğurlular da məğlubiyyət acısı daddılar. Öz də bu, startda oldu. Türkiyə klubuyla yeganə görüşü məhz "Zirə" keçirdi və I liqa təmsilçisinə darmadağın oldu. "Sumqayıt"ın uduzduğu matçda 4 qol buraxması diqqət çəkdi. Buna baxmayaraq, Antalyada ən çox qol vuran klubumuz də məhz Sumqayıt təmsilçisidi. 

 

Antalyada "qol kralı" də məhz "Sumqayıt"la "Zirə"dən oldu. Bunlar Riçard Qadze ilə Amil Yunanovdu - 3 qol. Qadze "Zirə"nin əsas "vuran ayağı" hesab olunursa, Yunanov "Sumqayıt"a qayıdandan sonra əsas heyətə düşə bilmir. Təsadüfi dyeil ki, 27 yaşlı hücumçu cari mövsümdə qol hesabını belə aça bilməyib, hətta qış fasiləsində klubdan gedişi gözlənilirdi. Ancaq Yunanov yoxlama matçlarında sonradan meydana çıxaraq 3 dəfə rəqib qapısına yol tapdı, Qadze kimi dubla da imza atdı. Yeri gəlmişkən, Riçard Antalyada ən erkən dublun müəllifi də oldu, ən erkən qolun da. Qanalı hücumçu 1-ci dəqiqədə hesabı açdı, 5-ci dəqiqədə isə dublunu reallaşdırdı

 

 

Klublarımızın Antalyada keçirdikləri yoxlama matçları

 

"Qarabağ": 4 oyun, 1 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət (topların fərqi 6-7)

18 yanvar

"Qarabağ" - "Akademika Klinçeni" (Rumıniya) - 2:2

Qollar: Abdullah Zubir. Cavid Bayramov

 

22 yanvar

"Qarabağ" - "Jetısu" (Qazaxıstan) - 1:0

Qol: Mahir Emreli

 

25 yanvar

"Qarabağ" - "Siqma" (Çexiya) - 1:2

Qol: Musa Qurbanlı

 

"Qarabağ" - "Visla" (Plosk, Polşa) - 2:3

Qollar: Mahir Emreli-pen, Xayme Romero

 

 

"Neftçi" - 3 oyun, 3 məğlubiyyət (topların fərqi 2-8)

15 yanvar

"Neftçi" - "LKS Lodz" (Polşa) - 0:4

 

20 yanvar

"Neftçi" - "Dinamo" (Kiyev) - 1:2

Qol: Evangelos Platellas

 

24 yanvar

"Neftçi" - "Desna" (Ukrayna) - 1:2

Qol: Stiven Monroz

 

 

"Keşlə" - 3 oyun, 1 heç-heçə, 2 məğlubiyyət (topların fərqi 3-7)

17 yanvar

"Keşlə" - "Zvikau" (Almaniya) - 1:4

Qol: Şohruh Qadoyev

 

22 yanvar

"Keşlə" - "Arsenal" (Rusiya) - 1:2

Qol: Aleksandr Kristovao

 

24 yanvar

"Keşlə" - "Zemplin" (Slovakiya) - 1:1

Qol: Aleksandr Kristovao

 

 

"Sumqayıt" - 4 oyun, 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət (topların fərqi 9-7)

14 yanvar

16:00. "Sumqayıt" - "Kaposvar" (Macarıstan) - 3:4

Qollar: Mehdi Şərifi-pen, Xəyal Nəcəfov, Amil Yunanov

 

18 yanvar

"Sumqayıt" - "Politexnika" (İaşi, Rumıniya) - 1:1

Qol: Xəyal Nəcəfov

 

21 yanvar

"Sumqayıt" - "Arka" (Polşa) - 1:0

Qol: Əmir Ağayev

 

25 yanvar

"Sumqayıt" - "Şaxtyor" (Qazaxıstan) - 4:2

Qollar: Əmir Ağayev, Amil Yunanov (2), Rəhim Sadıxov

 

 

"Zirə" - 3 oyun, 2 qələbə, 1 məğlubiyyət (topların fərqi 4-3)

11 yanvar

"Zirə" - "Ürmaniyespor" (Türkiyə) - 0:3

 

16 yanvar

"Zirə" - "Sepsi" (Rumıniya) - 2:0

Qol: Riçard Qadze (2)

 

21 yanvar

"Zirə" - "Napredak" (Serbiya) - 2:0

Qollar: Riçard Qadze, Davit Volkov

 

 

"Sabah" - 4 oyun, 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət (topların fərqi 5-5)

11 yanvar

"Sabah" - "Pakş" (Macarıstan) - 0:2

 

15 yanvar

"Sabah" - "Akademika Klinçeni" (Rumıniya) - 0:0

 

19 yanvar

"Sabah" - "Kaysar" (Qazaxıstan) - 3:1

Qollar: Filip İvanoviç, Ceyhun Nuriyev, Mario Marina

 

21 yanvar

"Sabah" - "Spartak"ın (Moskva, Rusiya) əvəzedici komandası - 2:2

Qollar: Marko Deviç, Ceyhun Nuriyev

 

 

"Qəbələ" - 4 oyun, 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət (topların fərqi 5-5)

14 yanvar

"Qəbələ" - MTK (Macarıstan) - 0:3

 

18 yanvar

"Qəbələ" - "Çayka" (Rusiya) - 3:0

Qollar: İvitsa Juniç, Rövlan Muradov, Ülvi İsgəndərov

 

22 yanvar

"Qəbələ" - "Etar" (Bolqarıstan) - 0:0

 

25 yanvar

"Qəbələ" - "Napredak" (Serbiya) - 2:2

Qollar: Asif Məmmədov, Amin Seydiyev

 

 

"Səbail" - 4 oyun, 1 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət (topların fərqi 4-6)

15 yanvar

"Səbail" - "Jatısu" - 0:1

 

18 yanvar

"Səbail" - "Olimpik" (Ukrayna) - 1:3

Qol: Maykl Essyen

 

21 yanvar

"Səbail" - "Voluntari" (Rumıniya) - 2:2

Qollar: Ruslan Hacıyev, Mirsahib Abbasov

 

25 yanvar

"Səbail" - "Korona" (Polşa) - 1:0

Qol: Hendrik Ekşteyn

 

Yekun: 29 oyun, 8 qələbə, 8 heç-heçə, 13 məğlubiyyət (topların fərqi 38-48)

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
20 Fevral 2020
19 Fevral 2020
B.eÇ.aÇC.aCŞB