TOP 10

“Zirə”dən darmadağın

Futbol
Tarix: 2020-01-26 15:52

Futbol üzrə Azərbaycan Premyer Liqasında 15-ci turun “Sabah”la ev oyununa hazırlaşan “Zirə” bu gün yoxlama matçı keçirib. Sport24.az xəbər verir ki, Zaur Həşimovun çalışdırdığı komanda “Keşlə”nin əvəzediciləri ilə qarşılaşıb.
 

Zirə İdman Kompleksində baş tutan sınaq matçı kifayət qədər məhsuldar alınıb. Elita təmsilçisi rəqibinə 6:1 hesabıyla qalib gəlib.


Meydan sahiblərinə qələbə qazandıran qolları Ağabala Ramazanov, Davit Volkov, Əli Şirinov, Adrian Skarlatake və dubla imza atan Xulio Sezar Rodriqes vurub.


Qeyd edək ki, “Zirə” – “Sabah” matçı fevralın 1-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Bu oyuna saat 15:00-da start veriləcək.

CBCsport
20 Fevral 2020
19 Fevral 2020
B.eÇ.aÇC.aCŞB