TOP 10

Millimizin bombardiri 1-ci yerə oynacaqlarını deyir, qrupda hamının şansını bərabər sayır: "Zədədən qayıtsam da, vacib matçlarda yüz faiz, problemsiz hazır olacam"

Futzal
Tarix: 2020-01-26 12:00

Azərbaycan futzal yığması Xorvatiyada keçiriləcək elit-raund mərhələsinə hazırlığını Bakıda Özbəkistan millisiylə yoldaşlıq görüşləriylə (2:3 və 4:3) yekunlaşdırıb. Millimizin liderlərindən olan, bombardirlik keyfiyyətləri ilə seçilən hücumçu Tyaqo Telles Martinsə həlledici matçlarda ümidlərimiz böyükdü. Rusiyanın "Norilsk Nikel" klubunda çıxış edən, "Bolinha" kimi tanınan təcrübəli futzaıçımız Osiyekə səfəröncəsi Sport24.az-ın əməkdaşıyla söhbətləşib.

 

- Özbəklərlə sınaq matçlarından necə faydala bildiniz?

- Özbəkistan yığması sparrinq üçün çox yaxşı rəqib idi. Mənə elə gəlir ki, oyunçuları çoxdandı bir yerdə çıxış edir. Gənc komandadı, meydança çox qaçır. Bizim üçün çox yaxşı sınaq oldu. Çünki Xorvatiyadakı mübarizə bizə ağır olacaq. Əlbəttə, daha çox məşq etməliyik. İki braziliyalı oyunumuz var ki, onlar Osiyekdə bizə qoşulacaq. Bizə köməkləri dəyəcək təcrübəli futzalçılardı. Məncə, vacib hazırlıq matçları keçirdik. indi bizim üçün nəticə vacib deyil. Nəticə bizə gələn həftə lazım olacaq.

 

- Ayyarım zədə üzündən buraxmısan və hələ tam fomada olmadığın hiss olunurdu. Hazırkı durumunu necə dəyərləndirərdin?

- Bəli, zədə problemi yaşadım. Bu, noyabrda oldu və ayyarım hazırlıqdan kənarda qaldım. Dekabrın 15-də qayıtdım və Rusiya çempionatında 4-5 matçda çıxış etdim. Ona görə normal formadayam. Artıq çəkimi atmışam, arıqlamışam. Hə rşey normaldı, elit-raundda da hər şey qaydasında olacaq.

 

- Final mərhələsi uğrunda həmin cavib qarşılaşmalarda tam gücünlə milliyə kömək edə biləcəksən? Çünki əsas "silah"larımızdan biri sənsən...

- Əlbəttə, kömək olacam. Hər gün səylə çalşıram, hazırlığımı daha da artırıram. İndi milidə çox yaxşı fiziki hazırlıq üzrə məşqçimiz var. Buna görə yüz faiz, problemsiz hazır olacam.

 

- Dünya çempionatının final mərhələsinə çıxmaq perspektivimiz necə görünür sənin gözündə?

- Əvvəl deyim kimi, çətin olacaq. Rəqiblərimizin hamısı yaxşı komandalardı. Xorvatiya və Rusiya yığmaları daha çox diqqət çəksələr də, Slovakiya millisini də hesabdan silmək olmaz. İlk mərhələdə Bakıda bizə rəqib oldu. 2:0 hesabıyla qalib gəlsək də, çox çətin matç alındı. Hesab edirəm ki, şanslar hamıda bərabərdi. Hazırda ilk oyun  - Xorvatiya ilə görüş haqda düşünməliyik.  Adətən ilk oyun həm ən çətin olur, həm də ən vacib. Burda 3 xalı götürəndən sona Rusiya ilə sınağı düşünməliyik. Və təbii ki, sonda Slovakiyayla. 

 

- Xorvatiya ev sahibidi, güclü azarkeş dəstəyinə malik olacaq. Ayaqlar əsməyəcək?

- Əlbəttə, yerl publika çılğın dəstəyilə öz mililərinə kömək olacaq. Meydan sahibinə hakim simpatiyası da ola biər. Xorvatiya evdə oynamaqla artıq rəqiblərindən üstünluyə malikdi. Ancaq istənilən halda, meydanda eyni sayda - 5-5-ə oynayırsan. Fikrimcə, millimizin çox təcrübəsi var. Buna görə bizə kənar amillər əngəl olmayacaq, yaxşı oynayacağıq. 

 

- Final mərhələsinə birbaşa vəsiqə verən 1-ci yer uğrunda oynacaqsınız, yoxa pley-offa vəsiqə verən 2-ci pilləni tutmağı daha real sayırsınız?

- Yox, qrup qalibi olmaq üçün oynamaq istəyirik. Buna şansımız var, buna da oynayacağıq. Fkrimcə, Rusiya qrupumuzda favoritdi. Bu da yaxşı tarixə malik olmasına görədi. Ancaq düşünurəm ki, heyətinə görə hamı eynidi. Buna görə meydanda gücünü göstərərək sonadək oynamaq lazımdı. İlk matçdakı nəticədən asılı olmayaraq, startda məğlubiyyət olsaq belə, mübarizə axıradək gedəcək. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
02 Aprel 2020
01 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL