TOP 10

Baxşıyev Niassenin qayıtmasıyla bağlı ümid yerinin olduğunu və transferlərin uzanmasının səbəbini açıqladı: "Qarşıdakı günlərdə bizə yeni futbolçuların qoşulmağı gözlənilir"

Futbol
Tarix: 2020-01-26 14:08

“Qəbələ” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununda Rumıniyanın “Konkordiya” klubu ilə üz-üzə gələrək 2:2 hesablı bərabərliyə qalıb. Bu gün Vətənə dönəcək əyalət təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev səfəröncəsi Sport24.az-ın suallarını cavablandırıb. 

 

- Son yoxlama matçında hesabda 2 dəfə irəlidə olsanız da, qələbəni qoruya bilmədiniz. Aydln məsələdir ki, belə görüşlərdə nəticə vacib deyil. Ancaq hər halda, 2 dəfə hesabda üstünlüyü əldən vermək nəyin nəticəsidi? Müdafiədə diqqətsizliyinmi, yoxsa...?

- Özünüzün də qeyd etdiyiniz kimi, sırf nəticəyə oynamırdıq, nəticəyə köklənməmişdik. Komandadan oyun planında daha artığını istəyirik. Məşqlərdə nəyin üzərində işləyirik. onu oyunlarda görmək istəyirik. Bizi sevindirən odur ki, komanda verilən tapşırıqları meydanda bizə göstərirdi. Konkret oyuna gəlincə, üstünlüyümüzlə keçdi. Buraxılan qollar normaldı. Komanda çalışır ki, hücum futbolu oynasın. Belə götürəndə, sərəncamımızda olan bütün futbolçulara şans verdik ki, hamısı oynasın. 

 

- Müdafiəçi Amin Seydiyevin qol vurması diqqət çəkdi. Yəqin ki, hücuma qoşularaq standart vəziyyətdən fərqlənib....

- Elədi. Amində o keyfiyyət var. İnandığımız futbolçudu. Seydiyev daha da artığını etməyə qadirdi. Fərqi yoxdu qolu o vurdu, yaxud başqası. 

 

- Əsas heyət oyunçularınız İvitsa Juniçlə Merab Qiqauri heyətdə yox idilər. Nəsə problemləri var?

- İvitsanın son oyuna 1 gün qalmış hərarəti qalxmışdı. Ona görə risk etmək istəmədik. Merabda isə kiçik zədə var. Buna görə onların istirahət etnələri lazım idi. İnşallah, tam hazır olarlar çempionatın startınadək. Zədələri ciddi deyil. 

 

- Hələ Bakıda baxışdan keçirdiyiniz,  Antalyada da sınadığınız toqolu cinah yarımmüdafiəçisi Yavo Akakpoyla bağlı yekun qərara gəldinimiz?

- Gənc, potensialı olan futbolçudu. Hələlik bizimlədi. 

 

- Qalmaq şansı böyükdü, yoxsa Bakıya gətirilməyəcək?

- Qalmaq şansı daha çoxdu, nəinki göndərilmək. 

 

- Antalya toplanışında heç bir transferiniz olmadı. Nə dərəcədə ürəyinizcə oldu qış hazırlığı?

- Transfer olmasa da, komandanın məşqlərdə səylə çalışmağı bizi sevindirməyə bilməz. Əsas istəyimiz o idi ki, komanda məşq prosesində verdiyimiz tapşırıqları səylə yerinə yetirsin. 

 

- Rəhbərlikdən heç olmasa iki yeni futbolçu istədiyinizi saytımıza son müsahibənizdə açıqlamışdınız. Bu məsələdə necədi son vəziyyət? Bakıya yeni futboçu hazırlığa qoşulacaqmı?

- Transfer xətinə oyunçu transfer etmək istəmirik.

 

- Ancaq yeni futbolçu ilə güclənməsiniz. Çünki rəqibləriniz çox güclənib və sizə çətin olacaq..

- Hansısa mövqelərimizdə boşluq varsa, onu yaxı trasnferlə doldurmaq istəyirik. Buna görə transfer çalışmalarımız bir az uzanır. Amma qarşıdakı günlərdə bizə yeni futbolçuların qoşulmağı gözlənilir. İnşallah, bu, artıq Bakıda olacaq. Bəyəndiyimiz futbolçular var. Sadəcə, danışıqlar gedir və indi ad açıqlamaq istəmirəm. Yaxın günlərdə bu barədə klub tərəfindən rəsmi açıqlama olar. 

 

- İbrahima Niassa və Davit Volkovun mövqeyinə gətiriləcək bu yeni legionerlər...

- Niasse məsələsi yenə açıqdı. Hələ ümid yeri qalır ki, o, komandaya qayıda bilər. 

 

- Ümid yerid nədir ki? Niassenin "Qəbələ"ylə müqaviləsi bitib və sərbəst futbolçu kimi Yunanıstandakı variantını dəyərləndiririr...

- Müqaviləsi başa çatıb, sadəcə, təklifi var, bunu gözləyir. Bu variantı alınmasa, bizimlə davam edəcək. 

 

- Belə başa düşdüm ki, İbrahimayla son söhbətiniz olub?

- Bəli, son söhbət elə olub. Özüylə danışanda, çalışdıq onu da başa düşək. Niassedə maraqlı olan klub büdcəsinə görə bizdən qat-qat artığını təklif edir. O da gözləmə mövqeyindədi. 

 

- Ancaq sizə də bir cavab deməildir ki, onun mövqeyinə transfer edəsiniz. yoxsa yox...

- Transferlə bağlı işimizi Niassedən asılı olmayaraq davam ediirk. Bəyəndiyimiz oyunçu görsək, o transferi reallaşdıracağıq. Əslində, tam konkret namizədlər yoxdur ki, məhz bunları transfer edəcəyik. Baxırıq. ilkin bəyəndiyimiz futbolçular var. Ancaq deyək ki, həmin mövqedə bizə qoşulacaq konkret yeni oyunçular var, bunlar hazırda yoxdu. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
20 Fevral 2020
19 Fevral 2020
B.eÇ.aÇC.aCŞB