TOP 10

"Qəbələ" baxışdan keçirdiyi legioner haqda yekun qərarını verib

Futbol
Tarix: 2020-01-26 10:18

"Qəbələ" Antalyada baxışdan keçirdiyi braziliyalı legioner Caio Manoel haqda yekun qərarını verib. Komandanın baş məşqçisi Elmar Baxşıyev Sport24.az-a açıqlamasında Portuqaliyanın aşağı liqasından gələn 23 yaşlı hücumçunu formada olmadığına görə geri qaytardıqlarını söyləyib: "Bizə qoşulanda hazır gəlməmişdi. Bundan əvvəlki yoxlama matçımızda start heyətdə şans verdik, ilk 45 dəqiqədə onu yoxladıq. Formada olmadığı üçüçn bizə kömək edə bilməyəcəyi göründü. Buna görə sonuncu yoxlama matçınadək saxlamağı lazım bilmədik. Nəticədə son hazırlıq oyunumuzda düşərgəmizdə deyildi".

 

Xatırladaq ki, çempionatımızın bombardirlərindən olan gürcü Davit Volkovun "Zirə"yə keçidindən sonra hücumçu axtaran "Qəbələ" qış fasiləsində hələ ki yalnız "Sumqayıt"dan cinah yarımmüdafiəçisi Ehtiram Şahverdiyevi transfer edib. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
01 Aprel 2020
31 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL