TOP 10

Millimiz makedonları da 2 top fərqiylə məğlub etdi

Futbol
Tarix: 2020-01-25 19:56

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. Sport24.az xəbər verir ki, Samir Əliyevin komandası Şimali Makedoniyanın müvafiq yaş qrupuna aid yığması ilə üz-üzə gəlib.

 

Millimiz hələ ilk hissədə 2 qol vuraraq matçın taleyini həll edib. Bu dəfə də qələbə 2 top fərqiylə olub. 

 

Xatırladaq ki, U-19 yığmamız Antalyada ilk sınaq matçında Türkiyənin "Alanyaspor" klubunun müvafiq yaş qrupundan komandasını 4:2 hesabıyla məğlub edib. 

 

 

Yoldaşlıq görüşü

25 yanvar

18:00. Azərbaycan U-19 - Şimali Makedoniya U-19 - 2:0 

Qol: Camal Cəfərov, 18, Elçin Qasımov, 44

CBCsport
24 Fevral 2020
23 Fevral 2020
B.eÇ.aÇC.aCŞB