TOP 10

Maksimalist Zubir "Qarabağ"la nail olmadığı hədəfdən söz açdı: "Hesab edirəm ki, qlobal məqsədlər yox, növbəti oyun barədə daim düşünməlisən"

Futbol
Tarix: 2020-01-25 15:20

Əksər legionerlərdən fərqli olaraq Abdullah Zubir praktiki olaraq dərhal "Qarabağ"a uyğunlaşdı. O, qısa müddətdə komandanın liderlərindən biri olmağı bacardı. İndi "köhlən atlar"ı onsuz təsəvvür etmək mümkün deyil. 29 yaşlı fransalı yarımmüdafiəçi Sport24.az-ın Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsində həm cari mövsümün arxada qalan hissəsinə, həm də gələcəyə toxunub. .

 

Legionerlə söhbətə cari mövsümün ikinci hissəsinə hazırlıqdan başladıq: “Məşqlər yetərincə ağırdı. Ancaq buna anlayışla yanaşırıq. Axı, bilirik ki, bizi qarşıda asan matçlar gözləmir. Bu yükləri götürməsək, çempionat oyunlarında bizə mənfi təsirini göstərə bilər".

 

İkinci dövrədə “Qarabağ” çox xal itirdi. Əlbəttə ki, bu, Avropa Liqasının qrup oyunları ilə əlaqədar idi. Həm fiziki, həm də psixoloji yorğunluq təsir etdi: "Avropa Liqasında iştirakımızı başa vurduq. Bu səhifə bizim üçün bağlanıb. Hesab edirəm ki, psixoloji cəhətdən komanda artıq tam qaydasındadı. Əlbəttə, hamımız qrupdan çıxmaq istəyirdik. Bunun üçün əlimizdən gələni etdik. Bəli, çıxa bilmədik, lakin qrupu başuca tərk etdik. Bu, futboldu və həmişə planlaşdırdığın, istədiyin alınmır. Onu əlavə etmək istəyirəm ki, belə bir mötəbər turnirdə iştirak etməyin özü böyük xoşbəxtlikdir. Axı, hər komanda Avropa Liqasının qrupuna düşməyi bacarmır. Bu turnirdə iştirak etmək nə qədər xoşdursa, bir o qədər çətindi. Qrupdan çıxmağı hədəfləyən digər komandalar da var. Bu turnirdə oynamaq və yüksək səviyyəli komandalarla görüşmək bizim üçün böyük şərəfdi".
 

 

Zubirin çempionatdakı fasilədən sonra şəxsi durumuna gəlincə, cinah vingeri özünü yaxşı hiss edir: “Hər məşqdə əlimdən gələni edirəm. Ümid edirəm ki, çempionatın bərpasına tam hazır olacam. Şans qazansam, onda hər oyunda "Qarabağ"ın uğurlarına töhfə vermək üçün əlimdən gələni edəcəyəm. Mövsümün ikinci yarısı üçün vəzifələrimiz var. Məqsədlərə çatmaq üçün komandadakı hər bir oyunçu yaxşı formada olmalıdı. Şəxsən mən bunu yaxşı bilirəm və çalışıram. Ümid edirəm ki, çempionatın startınadək əla formada olacam".

 

"Süvarilər" ardıcıl 6 mövsüm çempionluğu qazanıb. Ancaq son iki ildə ölkə Kubokunu başının üzərinə qaldıra bilmir. "Qızıl dubl"la bağlı şanslar necədi? Abdullahın sözlərinə görə,  hətta Premyer Liqada da hər şey aydın deyil: “Bəli, çempionatda bir az üstünlüyümüz var. Çoxları deyir ki, çempionluq qazanmağımız üçün 6 xallıq fərq bizə kifayətdir. İnanın, bu, belə deyil. Kənardan kiməsə asan görünə bilər, amma bizim üçün çox çətindir. Həm çempionatda, həm də Kubokda bizi gərgin mübarizə gözləyir. Hər oyuna ciddi hazırlaşmalıyıq. Məncə, qlobal məqsədlər yox, növbəti oyun barədə daim düşünməlisən. Hər matç üçün qələbə qazanmaq istəyi ilə çıxmalısan. Əlbəttə, məqsədimiz hər iki baş mükafatı qazanmaq və mövsümü "qızıl dubl" ilə başa vurmaqdı".

 

Xatırladaq ki, Zubirin 2018-ci ilin yayından şərəfini qoruduğu "Qarabağ"ın hələ ki "qızıl dubl"u olmayıb. 

 

 

 

 

 

CEYHUN ƏLİYEV, Antalya-Bakı

 

CBCsport
29 Mart 2020
28 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL