TOP 10

Bundesliqada yeni rekordçu

Dünya Futbolu
Tarix: 2020-01-25 14:11

Dortmund “Borussiya”sı Almaniya Bundesliqasının 19-cu turunda “Köln”ü darmadağın edib. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, 5:1 hesabıyla bitən görüşdə dubl edən “Borussiya”nın futbolçusu Erlinq Haland yeni rekorda imza atıb.


Belə ki, Bundesliqada debüt matçında “Auqsburq”a 3 qol vuran norveçli hücumçu, iki dəfə də “Köln”ün qapısına yol tapıb. 19 yaşlı forvard Bundesliqa tarixində ilk 2 oyununda 5 qol vuran ilk futbolçu olub.


Haland yanvarda “Zalsburq”dan 20 milyon avro qarşılığında “Borussiya”ya keçib.

football24
19 Sentyabr 2020
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB