TOP 10

"Səbail"in ilk qələbəsi sonda baş tutdu

Futbol
Tarix: 2020-01-25 17:48

Antalyada təlim-məşq toplanışında olan “Səbail” bu gün hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama oyununa çıxıb. Sport24.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı paytaxt təmsilçisi Polşanın yüksək liqa təmsilçisi “Korona”yla üz-üzə gəlib. 
 

Topkapı futbol mərkəzində keçiriləcək oyun təmsilçimizin yeni transferi Hendrik Ekşteynin son dəqiqələrdə vurduğu qolla qələbəsiylə nəticələnib. Bununla da "Səbail" Türkiyə hazırlığında ilk qələbəsini sonda qazanıb. 


Xatırladaq ki, “Səbail” Antalya toplanışı çərçivəsində daha öncə Qazaxıstanın “Jetısu” klubuna 0:1, Ukrayna “Olimpik”inə isə 0:3 hesabıyla uduzub, Rumıniya təmsilçisi “Voluntari” ilə heç-heçəyə (2:2) razılaşıb.

 

 

Yoxlama matçı

25 yanvar

16:00. "Səbail" - "Korona" (Polşa) - 1:0 

QOL: Hendrik Ekşteyn, 89

"Səbail": 1. Aleksandr Rıbka, 3. Turan Manafov, 6. Maykl Essyen, 7. Fəhmin Muradbəyli, 10. Rauf Əliyev, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 21. Peyman Keşavarz, 34. Ürfan Abbasov, 55. Adil Nağıyev,  77. Ədilxan Qarəhmədov

 

CBCsport
20 Fevral 2020
19 Fevral 2020
B.eÇ.aÇC.aCŞB