TOP 10

Dadaşov oynadı, “Vulverhempton” 1 xalla kifayətləndi

Dünya Futbolu
Tarix: 2020-01-25 09:16

Futbol üzrə İngiltərə Premyer Liqa Kubokunda növbəti oyunlar keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton”un U-23 komandası da növbəti matçına çıxıb.
 

Futbolçumuzun komandası doğma meydanda “Lids”dən olan həmyaşıdları ilə üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib – 2:2.


Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib.


“Vulverhempton”un gəncləri bu oyundan sonra yer aldıqları H qrupunda 7 xalla liderdilər.

CBCsport
20 Fevral 2020
19 Fevral 2020
B.eÇ.aÇC.aCŞB