TOP 10

Rəşad Əzizli son durumundan danışdı, indi klub dəyişməyi mənasız saydı: "Yüz faiz oynayacağım yer olsun ki, gedim ora, bu da..."

Futbol
Tarix: 2020-01-25 10:10

"Keşlə"nin ehtiyat qapıçısı Rəşad Əzizli üçün Antalya təlim-məşq toplanışı çox qısa müddətli oldu. Belə ki, artıq hazırlığın əvvəlində məşqdə zədə alan 26 yaşlı qolkiper düşərgədən ayrılaraq Bakıya göndərildi. Rəşad Sport24.az-a müsahibəsinə son durumu haqda məlumat verməklə başlayıb. 

 

- Antalyada ikinci məşqdən sonra ayağımda ağrılar hiss etdim. Həkim müayinədən sonra əzələ dartılması ehtimalının olduğunu dedi. Bundan sonra hərtərəfli müayinə olunmaq üçün Bakıya göndərildim. Yanvarın 15-də axşam bura qayıtmışdım. Bu müddətdə olan müalicəm artıq qurtarıb, tam sağalmışam. 

 

- Toplanışı yarımçıq tərk etmək, komandayla hazırlıq keçməmək səni geri salmayacaq?

- İnanmıram ki, geri salsın. Bu müddətdə fərdi məşq etdim, üzərimdə işlədim ki, formada qalım. Komanda qayıdandan sonra onunla məşqlərə başlayacam. Hələ bilmək olmaz ki, durum necə olacaq. Təki yaxşı olsun, hər bir işdə xeyir var. Pis şey axtarmıram, nə olursa, yaxşılığa olur. Deməli, məsləhət belə imiş.

 

- "Keşlə"nin toplanışında az iştirak etsən də, yoxlama matçlarındakı nəticələrindən xəbərin var. Yəqin ki, internetdən oyunlarınızı da izləmisən. Qış hazırlığınızı ümumilikdə necə dəyərləndirərdin?

- Almanlarla olan ilk oyuna baxdım. Komandada yorğunluq hiss olunurdu. Bu da ağır məşqlərin təsirindən idi. Ona görə temp zəif idi. "Arsenal"la matçda isə açığı, biz tərəfdən üstün oyun oldu. Həqiqətən uşaqlar yaxşı oynadı. Bir də ki yoldaşlıq görüşlərində nəticələr o qədər vacib deyil. Əsas odur ki, komanda istədiyi oyunu meydanda göstərə bilsin və bu, çempionatdakı nəticələrdə əksini tapsın. İnşallah, qış toplanışının xeyrini görərik.

 

- Almaniya III Bundesliqa təmsilçisi "Zvikau"ya 1:4 hesabıyla uduzduğunuz yoxlama matçından əvvəl "Keşlə"nin birdən-birə iki qapıçı sıradan çıxdığından, moldovalı həmkarın Stanislav Namaşko da xəsarət aldığından Bakıdan 19 yaşlı Əkbər Vəliyev dəvət olundu və 90 dəqiqə "çərçivə"ni qorudu. Necə bir qapıçıdı bu gənc həmkarın?

- Həmin gün mən qayıtdım Bakıya, Əkbər gəldi Antalyaya. Mən "Keşlə"yə gələndən komandada vardi, bir yerdə məşq etmişik. Perspektivli uşaqdı. Əvəzedicilərində oyununa görə yığmaya çağırıblar, orda potensialı açılıb. Yaxşı qapıçıdı, çox xoşuma gəlir. Yaşına görə seçilir.

 

- Məlumdur ki, ötən yay keçdiyin "Keşlə"də bir rəsmi oyun keçirmisən, o da Kubokda I Divizion təmsilçisi "Kəpəz"ə qarşı. Premyer Liqada isə hələ də debüt etməmisən. Qış fasiləsində klubunu dəyişmək haqda düşündünmü? Variant var idimi, yoxsa müqavilənin bitəcəyi mövsümün sonununu gözləyirsən?

- Açığı, indi klub dəyişməyin bir mənası yoxdu. Oynayacağım yer olsun ki, gedim ora. Hər dəfə söz verilir, ancaq oynamırsan, qalırsan kənarda. Ondansa oynamaq üçün yüzfaizli variant olsun, gedim. Bu da yəqin ki, yayda olar. Açığı, indi bir təklif də olmayıb, yalandan nə deyim...Yayı gözləyirəm. Real bir təklif olsa oynamaqla bağlı, çox güman, dəyərləndirəcəm.

 

- Bəxtindən güclü, böyük təcrübəyə malik qapıçıyla rəqabət aparmalı olursan. Namaşkonun 34 yaşı olsa da, çox inamlı təsir bağışlayır. "Keşlə" də bu çempionatda ən az qol buraxanlardan biridi...

- Başqa nə desəm, pis çıxar. Rəqabət gedir, kimin güclü olduğuna baş məşqçi qərar verir. Yəqin ki, buna görə Namaşko dayanır, normal şeydi. Bəli, stabil durur, bundan sonra da belə çıxış etsə, bizə bəsdi. 

 

- Komandanız qış fasiləsinə 3-cü pillədə yollansa da, Kubokda artıq mübarizəni dayandırıb. Çempionatda isə arxadan "Sumqayıt"ın nəfəsini hiss edirsiniz, qış fasiləsində xeyli transfer edərək güclənən "Zirə" də uzaqda deyil. Bütün bunları nəzərə alsaq, medalçı olmaq, avrokuboklara çıxmaq perspektivinizi necə dəyərləndirirsən?

- Açığı, bu çempionat boyu hamı deyirdi ki, zəif olacağıq, heç kim bizdən bu nəticəni gözləmirdi. "Zirə" güclənib, "Sabah"da yaxşı formadadı, "Qəbələ" də pis komanda deyil. Bizdən irəlidə olan "Neftçi" həmişəki kimi güclüdü. Çətin olacaq. İndi proqnoz versək ki, yaxşı olacaq - hər şeyi zaman göstərəcək. Fikrimiz nə olursa-olsun hazırkı yerimizi qorumaq, çempionatın medalçılarından, avrokuboklara vəsiqə sahiblərindən biri olmaqdı. 

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
06 Aprel 2020
05 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL