TOP 10

“Qarabağ” da Antalyada sonuncu məşqinə çıxdı

Futbol
Tarix: 2020-01-24 23:55

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün Antalyadakı hazırlıq prosesi çərçivəsində sonuncu məşqinə çıxıb. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisinin məşqi yerli vaxtla saat 17:30-da (Bakı vaxtıyla 18:30) start götürüb.
 

İsinmə hərəkətlərinin ardından futbolçular toplu və taktiki çalışmaları yerinə yetirib. Məşq ikitərəfli oyunla başa çatıb.


“Qarabağ” sabah Bakı vaxtıyla saat 12:30-da Çexiyanın “Siqma” klubuyla, 18:30-da isə Polşanın “Visla” (Plok) klubuyla yoxlama matçı keçirəcək.

CBCsport
24 Fevral 2020
23 Fevral 2020
B.eÇ.aÇC.aCŞB