TOP 10

"Neftçi"nin yeni baş məşqçisi PRO oxuyacaq - artıq AFFA-da qeydiyyatdan keçib

Futbol
Tarix: 2020-01-24 21:46

"Neftçi"nin cari mövsümün sonunadək yeni baş məşqçisi təyin olunan Füzuli Məmmədov məşqçilikdə ən yükdək dərəcə olan PRO kateqoriyasını oxuyacaq. Sport24.az xəbər verir ki, bu haqda klubun prezidenti Kamran Quliyev İdman TV-də "Extra Time" verilişində açıqlama verib. 

 

Onun sözlərinə görə, 43 yaşlı mütəxəssisin bu il Bakıda təşkil olunacaq PRO kurslarında iştirakçılar arasında olacağı artıq dəqiqləşib: "Bildiyiniz kimi, UEFA-nın klub qarşısında müəyyən tələbləri var - məşqçilik dərəcəsi və sair. Füzuli müəllimin hazırda PRO kateqoriyası yoxdu. Amma yaxın aylarda AFFA tərəfindən təşkil olunacaq kurslara Məmmədov artıq qeydiyyyatdan keçib və oxuyacaq. İnanmaq istəyirəm ki, bu, həm ona, həm də bizə, komandaya kömək edəcək. Bilirsiniz ki, yaxında ispaniyalı fiziki hazırlıq üzrə məşqçi dəvət etmişik. O da futbolumuz üçün yeni sima deyil. Bunadək Azərbaycanda - "Bakı" klubunda çalışıb. Vətənində "Atletiko"da, "Xetafe"də, habelə Çinin "Dalyan" klubunda fiziki hazırlıq üzrə məşqçi işləyib. Həm təcrübəsi var, həm də futbolumuzu yaxından tanıyır. Burda olmadığı dövrdə də Azərbaycan futbolunu izləyib. İnanırıq ki, onunla iş prosesində futboçularımız fizii cəhətdən daha güclü, çevik olacaqlar".

 

Qeyd edək ki, "Neftçi"nin fiziki hazırlıq üzrə yeni məşqçisi olan 34 yaşlı ispaniyalı Mario Fernandes Kastelyano PRO kateqoriyasına malikdi. 

CBCsport
28 Fevral 2020
B.eÇ.aÇC.aCŞB