TOP 10

Beyl Ronaldonu keçdi

Dünya Futbolu
Tarix: 2020-01-24 18:01

“Real” İspaniya kubokunun 1/16 final mərhələsində “Unionistas”ı məğlub edib. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, 3:1 hesabıyla bitən görüş Madrid təmsilçisinin futbolçusu Qaret Beyl üçün əlamətdar olub. Belə ki, “Unionistas”la matçda fərqlənən Beyl, “Real”dakı qollarının sayını 105-ə çatdırıb.


Uelsli hücumçu qol sayında “Real”ın keçmiş futbolçusu Ronaldonu geridə qoyub. Braziliyalı sabiq hücumçu “kral klubu”nda 177 oyunda 104 qol vurmuşdu. 2013-cü ildən “Real”da forma geyinən Beyl isə 105 qol səddinə 246 matçda çatıb.


“Real” tarixinin bombardiri isə 438 oyunda 450 qol vuran Kriştiano Ronaldodu.

CBCsport
09 Avqust 2020
B.eÇ.aÇC.aCŞB