TOP 10

"Yeni hücumçunu ondan ötrü gətiririk ki, həm özümüz güclü olaq, həm də Mirabdulla Abbasov üçün bir rəqabət olsun"

Futbol
Tarix: 2020-01-24 16:11

"Kiyev "Dinamo"suyla yoxlama matçından sonra da mətbuata açıqlamamda bildirmişdim ki, Dario Federikonun məsələsiylə ciddi məşğuluq. Onun agenti hazırda burda Antalyadadı. Darionun işiylə məşğuldu və futbolçuyla bağlı bir neçə təklif var. Lazımı şərait yaratmağa hazırıq ki, Dario ya icarə əsasındə başqa kluba keçsin, ya da birdəfəlik. Fərq eləmir ki, bu, hansı statsuda olsun. Federikonun məsələsinin gedişatından asılı olaraq yeni transfer məsələsinə qayıda bilərik". Sport24.az xəbər verir ki, bu fikirləri  hazırda Antalyada təlim-məşq toplanışında olan "Neftçi"nin prezidenti Kamran Quliyev İdman TV-də "Extra Time" verilişində açıqlamasında deyib.

 

Onun sözlərinə görə, braziliyalı yarımmüdafiəçisi Dario Federikonun qış fasiləsində klubdan gedişi reallaşarsa, onun yerinə hücuma transfer etmək gətirmək fikrindədirlər: "Hesab edirəm ki, heyətimiz kifayət qədər genişdi, bəzi möqveləri çıxmaq şərtilə hər mövqedə 2 futbolçu var. Özü də çox güclü oyunçulardı, rəqabət yüksəkdi. Hətta bu barədə yeni baş məşqçimiz Füzili Məmmədovla söhbətləşmişəm. Ancaq imkan düşən kimi, Darionun gedişi həll olunsa, "transfer pəncərəsi" həmin vaxta açıq olsa, hücumçu mövqeyinə yeni futbolçu gətirməyi planlaşdırırıq".

 

Quliyev hal-hazırda sırf mərkəz hücumçusu axtardıqlarını açıqlayıb: "Bildiyiniz kimi, Mirabdula Ababsov qayıdıb, hazırda həmin mövqedə tək odur. Baqali Daboyla Stiven Monroz daha çox cinah hücumçularıdı. Sırf mərkəz hücumçusu tapsaq, Mirabdullanın yüksəlişi üçün lazımdı. Ondan ötrü gətiririk ki, həm özümüz güclü olaq, həm də Abbasov üçün bir rəqabət olsun. Bildiyiniz kimi, Mirabdulla indi zədəlidi, tam olaraq komandayla məşq etmir. O problem bizdə var, buna görə qismət olsa, yeni hücumçu götürərik. Bizə bu mövqeyə bir nəfər də lazımdı. Ancaq Darionun məsələsinə görə hələ ki açıq qalır".

 

Xatırladaq ki, Bakıda saxlanılaraq əvəzedicilərdə məşq edən 29 yaşlı Federikonun "Neftçi"ylə hələ ilyarımlıq müqaviləsi var.  

 

 

 

CBCsport
28 Fevral 2020
B.eÇ.aÇC.aCŞB