TOP 10

Lion “Olimpik”i bombardirlə gücləndi

Dünya Futbolu
Tarix: 2020-01-24 17:04

Fransanın “Olimpik” (Lion) klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Havr” klubundan Tino Kadevere ilə müqavilə imzalayıb.


Bu barədə Liqa 2 təmsilçisinin rəsmi saytı məlumat yayıb. 24 yaşlı hücumçu ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.


Kadevere mövsümün sonuna qədər “Havr” klubunda icarədə qalacaq. Zimbabveli hücumçu 2020-ci ilin yayında Lion təmsilçisinə qoşulacaq.


Bu mövsüm Liqa 2-də “Havr” formasıyla 20 oyuna çıxan Kadevere, 18 qolla çempionatın bombardiridi.
 

CBCsport
28 Fevral 2020
B.eÇ.aÇC.aCŞB