TOP 10

"Neftçi"də yeni məşqçi təyinatı olacaq: "O, sıravi bir adam ola bilməz, uzaqdan tanıdığımız da"

Futbol
Tarix: 2020-01-24 14:53

"Neftçi"yə daha bir yeni məşqçi dəvət olunacaq. Bu haqda İdman TV-də İlkin Babanın aparıcısı olduğu "Extra Time" verilişində açıqlama verən klub prezidenti Kamran Quliyev hazırda bu məsələnin gündəmdə olduğunu bildiirb: "Təbii ki, bu təyinat olacaq, çünki məşqçilər korpusunda o yer boşdu. Sadəcə, vaxt qıtlığı üzündən hələ reallaşmayıb və Bakıya qayıdandan sonra dərhal bu işlə məşğul olacağıq. Artıq bir neçə variantlar klub daxilində müzakirə olunub. Amma hər şeyi nəzərə almalıyıqı. Yəni, məşqçinin texniki heyətə uyğunlaşması laızmdı, onu yaxından tanımalıyıq, səviyyəsini bilməliyik. O, sıravi bir adam ola bilməz, uzaqdan tanıdığımız da. Yaxından tanıdığımız. bir yerdə işləyə biləcəyimiz bir mütəxəssis olmalıdı".

 

Quliyevin sözlərindən belə qənaətə gəlmək olar ki, bu, yerli mütəxəssis olacaq. Klub rəhbəri böyük ehtimalla belə olacağını açıqlayıb: "Əfsuslar olsun ki. ölkədə seçim varsa da, hardasa kasaddı, o qədər böyük deyil. Məncə, çempionatdan əvvəl buna qərar verəcəyik. Məncə, qarşıdakı təyinat yerli mütəxəssislə bağlı olacaq". 

 

Xatırladaq ki, "Neftçi" müqaviləsini pozduğu italiyalı baş məşqçi Roberto Bordinlə yanaşı, onun gətirdiyi həmyerlisi, fiziki hazırlıq üzrə köməkçi Andre Vezzuyla da əməkdaşlığa son verib. Cari mövsümün sonunadək baş məşqçi təyin olunan Füzuli Məmmədova İqor Getman, qapıçılarla işləyən Etibar Tarverdiyev və  ispaniyalı fiziki hazırlıq üzrə yeni məşqçi Mario Fernandes Kastelyano yardımçı olur. 

CBCsport
28 Fevral 2020
B.eÇ.aÇC.aCŞB