TOP 10

"Arsenal"ın prezidenti: "Keşlə" artıq yaxşı oyun tonusundadı, çünki Azərbaycan çempionatı..."

Futbol
Tarix: 2020-01-24 18:16

"Antalyada hər iki sparrinq qarşılaşmamız yaxşı mübarizəli alındı. Demirəm ki, yoldaşlıq xarakteri daşıyırdılar, yetərincə ciddi oyunlar idi. Bəli, təlim-məşq toplanışında nəticə o qədər də vacib deyil, amma hər futbolçu istənilən matçda qalib gəlmək istəyir. Həmişə qazanmaq istəyir və bu, düzgündü". Sportt24.az xəbər verir ki, bu fikirləri Tula "Arsenal"ının prezidenti Quram Acoyev bildiirb.

 

Antalyada Rumıniya "Sepsi"si və "Keşlə"ylə keçirdikləri yoxlama matçlarını şərh edən klub rəhbəri rəqiblərinin artıq yaxşı oyun tonuslarında olduqlarını qeyd etməyi lazım bilib: "Çünki Azərbaycanla Rumıniya çempionları fevralın ilk günlərində bərpa olunur. Bu komandalar hazırlığın son mərhələsindədirlər. Çünki çox tezliklə qarşıda rəsmi oyunlar gözləyir. Buna baxmayaraq, həmin iki matçda qələbə qazanmağı bacardıq ki, bu, həmişə xoşdu". 

 

Xatırladaq i, tulalılar "Sepsi"ni 1:0, "Keşlə"ni 2:1 hesabıyla məğlub edib. 

 

 

CBCsport
28 Fevral 2020
B.eÇ.aÇC.aCŞB