TOP 10

“Liverpul”da ciddi itki

Dünya Futbolu
Tarix: 2020-01-24 15:00

İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində “Vulverhempton”a 2:1 hesabı ilə qalib gələn “Liverpul” ciddi itki ilə üzləşib. Sport24.az klubun saytına istinadən xəbər verir ki, “qırmızılar”ın hücumçusu Sadio Mane zədələnərək, meydanı erkən tərk edib. 
 

Oyunun 33-cü dəqiqəsində Takumi Minamino ilə əvəzlənən seneqallı futbolçunun vəziyyətinə tibbi müayinədən sonra aydınlıq gələcək. Komandanın baş məşqçisi Yurgen Klopp futbolçunun vəziyyəti ilə bağlı bunları deyib:


“Zədənin dəqiq nə olduğunu bilmirik. Problem əzələdədir. Hazırda Manenin vəziyyətini bilmirik, tibbi müayinəni gözləməliyik”.

CBCsport
28 Fevral 2020
B.eÇ.aÇC.aCŞB