TOP 10

“Qarabağ” kimi bir klubda oynamaq arzum idi”

Futbol
Tarix: 2020-01-24 12:20

“Qarabağ”ın 22 yaşlı hücumçu Ovusu Kvabena ilə 3,5 illik müqavilə imzaladığı haqda məlumat vermişdik. Matc.az xəbər verir ki, qanalı hücumçu, keçidi haqda “Qarabağ”ın rəsmi saytına açıqlama verib:


“Qarabağ”a gəldiyim üçün xoşbəxtəm. Çempionlar Liqası və Avropa Liqasında çıxış edən bir klubda oynamaq arzum idi. Ümid edirəm ki, burda hər şey mənim üçün yaxşı olacaq. Azərbaycanın 6 dəfə ardıcıl çempion olan komandasına gəldiyimi və azarkeşlərin məndən çoxlu qollar gözlədiyini yaxşı başa düşürəm. Əlimdən gələnin ən yaxşısını edəcəm.


“Qarabağ”dan təklif gələndə burda heç kimi tanımırdım. Bilirdim ki, iki il öncə Çempionlar Liqasında çıxış edib. Və belə klubda oynamaq mənim üçün arzu idi, təklif gələndə çox sevindim. Gənc futbolçuyam və bu təklif mənim üçün əla imkandır.


Öz şəxsi hədəfim haqda heç nə deməyəcəm, məncə, ən yaxşısı elə meydanda göstərməkdir. Bilirəm, azarkeşlər indi fikirləşir ki, mən necə futbolçuyam. Ümid edirəm ki, oyunumla özümü onlara sevdirəcəm”.

CBCsport
28 Fevral 2020
B.eÇ.aÇC.aCŞB