TOP 10

Platellas Bordinlə münasibətlərinə aydınlıq gətirdi, komandada yenilənməyə ehtiyac olduğunu açıqladı: "Diqqətimi buna yönəltmişəm ki, yeni baş məşqçinin əsas futbolçularından biri olum"

Futbol
Tarix: 2020-01-24 12:00

"Neftçi" Antalya toplanışına Roberto Bordinlə başladısa, artıq baş məşqçisi onun köməkçisi olmuş Füzuli Məmmədovdu. Belı ki, klub rəhbərliyi hazırlığın gedişində italiyalı mütəxəssislə müqaviləni pozaraq baş məşqçi postunu cari mövsümün sonunadək bu azərbaycanlı mütəxəssisə tapşırdığını açıqladı. Bordinin vaxtında, düz 1 il öncə qış fasiləsində transfer olunan, bu mövsümsə ehtiyata göndərilən yunan yarımmüdafiəçi Evangelos Platellas Sport24.az-ın Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsində həm öz durumu, həm də baş məşqçi dəyişikliyi haqda danışıb. 

 

- Öncə Türkiyə toplanışı barədə fikirlərini bilmək istəyərdik...

- Komandamız çox yaxşı hazırlaşır. Buna baxmayaraq, daha çox işləməliyik. Hesab edirəm ki, çempionat başlyanadək yüz faiz hazır olacağıq.

 

- Antalyada “Neftçi”nin keçirdiyi hər iki oyunda səni start heyətində gördük. Öz oyunun barədə fikirlərin maraqlıdı. Çempionat və Kubok matçlarında daim ehtiyatda qalan Evangelosa ideal formasını bərpa etmək üçün nə qədər zaman tələb olunur?

- Heç vaxt hazırlığımı "axsatmadım". Həmişə oynamağa hazır oldum. Peşəkar futbolçuyam və düşünürəm ki, hər bir oyunçunun karyerasında belə dövr olur. Hər hansı vaxt deməyə çətinlik çəkirəm. Ancaq bilirəm ki, nə vaxt mənə ehtiyac olsa, tez bir şəkildə hazır olub asanlıqla komandama kömək göstərərəm.

 

- Bordinin gedişi barədə fikirlərini bilmək istəyərdik. Səncə, qərar zamanında verildi?

- Bu barədə bir şey deyə bilmərəm ki, xeyrimizə olan bir iş olacaq, ya yox. Ancaq ümumi hesab edirəm ki, bir yenilənməyə ehtiyacımız var idi. Bəlkə də dəyişiklik xeyrimizə ola bilər. Ancaq bunu qarşıdakı aylarda görəcəyik ki, düzgün qərar idi, yoxsa yox. 

 

- Səmimi cavab istəyirik: italyan mütəxəssislə aranızdan “hansı pişik” keçmişdi?

- Aramızda hər hansı problem yox idi, çox yaxşı münasibətimiz vardı. Məni ehtiyada saxlamaq onun seçimidi. Əvvəl vurğuladım kimi, peşəkar futbolçuyam, ancaq son qərarı verən baş məşqçi idi. Əlbəttə, ehtiyatda olmağı istəməzdim. Ancaq bu, baş məşqçinin qərarı idi. İndisə gələcəyə baxmaq istəyirəm. Yeni baş məşqçinin start heyəti ilə bağlı ilk seçimi, əsas futbolçularından biri olmaq istəyirəm. Bunun üçün də çalışıram. Diqqətimizi buna yönətlmişəm ki, əsas heyətdə oynayım.

 

- Deyilənə görə, Bordin məşqləri çox ağır verirdi və bu üzdən də futbolçular rəsmi oyunlarda yorğun olurdu. Həqiqətənmi belə idi?

- İnanmıram ki, ümumi problem bu idi. Keçən il də bu üslubda məşq edirdik. Ancaq indi oynlarda performansımız tamamilə fərqli idi. Hesab edirəm ki, builki keçən ilkindən zəif idi. Bu, hər bir futbolçuyla bağlı olan bir problemdi. Hər bir futbolçu üzərində çalışmalı, performansını oyunuyla artırmağa səy göstərməlidi. Bu, həm də bizdən asılı olan məsələdi. Yeni baş məşqçimiz yeni oyun üslubu, sistemi gətirməyə çalışır. Bunun üzərində işləyirik. İnanıram ki, həm biz futbolçular, həm də klub üçün xeyirli olacaq.

 

- Çempionluq şansları haqda nə deyə bilərsən?

- Həqiqət budur ki, bu mövsüm bir sıra fürsətləri əldən verdik. Əsas rəqibimizin xal itirməsindən istifadə edə bilərdik. Xüsusilə "Qarabağ" ikinci dövrədə yaxşı vəziyyətdə deyildi. Ancaq bu fürsətdən istifadə edə bilmədik. Bunun öhdəsindən gələ bilsəydik, hal-hazırkı vəziyyətimiz belə olmazdı. Ancaq bizi qarşıda çox oyun gözləyir. Hesab edirəm ki, yeni oyun üslübuyla yeni mövsümə hazırlığımız nəticəsində liderlə aramızda olan bu 6 xallıq fərqi aradan qaldıra biləcəyik. 

 

 

 

 

CEYHUN ƏLİYEV, Antalya

CBCsport
28 Fevral 2020
B.eÇ.aÇC.aCŞB